Qəzzanın infrastrukturuna dəyən ziyan Fələstinin ÜDM-nin 97%-i kimi qiymətləndirir - 18,5 milyard dollar
İsraillə gərginləşən münaqişə nəticəsində Qəzza zolağının infrastrukturuna dəyən birbaşa ziyan 18,5 milyard dollar təşkil edir ki, bu da 2022-ci ildə Fələstinin ümumi daxili məhsulunun (ÜDM) 97%-nə bərabərdir.
Marja.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “Qəzza müharibəsi: Fələstin Dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı dərc olunmuş hesabatında deyilir.
Sənəddə deyilir: “2024-cü ilin yanvar ayının sonundakı nəticələrə görə, Qəzzada dəymiş zərərin miqdarı Fələstin Dövlətinin 2022-ci ildəki ümumi ÜDM-nin 97%-nə bərabərdir”.
Qeyd olunur ki, zərərin böyük hissəsi yaşayış binaları və ticarət obyektlərində (72%), daha 9% sənaye müəssisələrində və xidmət sektorunda, qalan 19% isə mühüm infrastruktur obyektlərində baş verib. Hesabatda qeyd edilir ki, Fələstin iqtisadiyyatının istisnasız olaraq bütün sektorları “ciddi ziyana uğrayıb”.
UNDP hesab edir ki, 2024-cü ildə döyüşlər davam edərsə, Fələstinin ÜDM-i 25,8% azala bilər. Hesabatın müəllifləri qeyd ediblər ki, Qəzza zolağında hərbi əməliyyatlar “fələstinlilərin sonrakı nəsillərini əlavə iqtisadi və sosial xərclər ilə üzləşdirəcək və bu müharibədən sonrakı yenidənqurma və inkişafa maneə olacaq”.
2023-cü il oktyabrın 7-də Fələstin-İsrail müharibəsi yenidən alovlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
9 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
Ən çox oxunanlar
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















