Borcların yığılması üzrə xidmətlər göstərən şirkətin qazancı kəskin artıb
Borcların yığılması üzrə xidmətlər göstərən "BOA Agency" ASC 2023-cü ili 2 milyon 411 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 816 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "BOA Agency"nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3 dəfəyə yaxın artıb.
Bu barədə Marja.az Şirkətin illik hesabatına istinadən xəbər verir.
"BOA Agency" ASC-nin əsas əməliyyat gəlirləri 2022-ci ildə 4 milyon 729 min manat ikən, 2023-cü ildə 1,8 dəfə artaraq 8 milyon 15 min manat təşkil edib.
“BOA Agentliyi” MMC 2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir. "BOA Agency" əsasən kredit müqavilələri və digər əsaslar ilə yaranmış, qanunu qüvvəsini almış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların ödənilməsi sahəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
2 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza





















