Azərbaycanda hər 1000 nəfərə düşən doğulan körpə sayı azalır
Ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 187 min 539 nəfər təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olmuşdur. Körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulmuşdur.
Bu ilin ilk iki ayında ölkədə 10395 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşmüşdür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşmüş, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 38 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)





.jpg)







