Azərbaycandan olan investor Rusiyada istixanalar yaradır
İstixana kompleksi regionun ən böyüklərindən biri olacaq. İstixanaların 2024-cü ilin sonuna qədər istismara verilməsi planlaşdırılır.Azərbaycandan olan investor Rusiyanın Stavropol diyarında “Vostoçnıy” ("Восточный") istixana kompleksinin tikintisinə 5 milyard 660 milyon rubl (cari məzənnə ilə təxminən 106 milyon manat) sərmayə qoyacaq.
Marja.az xəbər verir ki, bu barədə TASS-a regional İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Denis Polyubin bildirib.
"Levokumski rayonunda "Vostoçnıy" istixana kompleksinin tikintisinə qoyulan investisiyaların həcmi 5 milyard 660 milyon rublu təşkil edəcək. Hazırda layihə həyata keçirilir, o cümlədən investor artıq lazımi avadanlıqları alıb. İstixanaların 2024-cü ilin sonuna qədər istismara verilməsi planlaşdırılır",- Denis Polyubin deyib.
"İstixana kompleksinin sahəsi 22 hektara yaxın olacaq. İstixana kompleksi regionun ən böyüklərindən biri olacaq. Kompleksdə pomidor və xiyar yetişdirilməsi planlaşdırılır", - Polyubin əlavə edib.
Bundan əvvəl Stavropol hökuməti jurnalistlərə bildirmişdi ki, bölgədə ümumi sahəsi təxminən 336 hektar olan 12 istixana kompleksi fəaliyyət göstərir. 2023-cü ilin sonunda bu komplekslərdə tərəvəz istehsalı (pomidor, xiyar və badımcan) təxminən 112,7 min ton təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)









