Ramil Quliyev dünya çempionu oldu - tarixə düşüb
16-ci Dünya Atletika Çempionatında Türkiyəni təmsil edən idmançılardan Ramil Quliyev, kişilər arasında 200 metrə qaçışda dünya çempionu olub. "Marja" xəbər verir ki, Ramil Quliyev, Türkiyəyə bu idman növündə ilk qızıl medalını qazandıraraq tarixə düşüb. Ramil Quliyev 2 millisaniyə (salisə) fərqlə qızıl medala qovuşub.
İngiltərənin paytaxtı Londonda keçirilən çempionatın 7-ci günündə, kişilər arasında 200 metrə qaçış növündə final yarışı keçirilib.
Fənərbaxçanın idmançısı Ramil Quliyev, 20.09 saniyə ilə Türkiyəyə kişilər arasında 200 metryə qaçışda ilk qızıl medalını qazandıraraq tarixə düşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 16-ci Dünya Atletika Çempionatında kişilər 200 metrdə dünya çempionu olan Ramil Guliyevi təbrik edib.
Ərdoğan Twitter hesabından etdiyi paylaşımda, "Dünya Atletika Çempionatında kişilər 200 metrdə qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi könüldən təbrik edirəm". ifadəsini istifadə edib..
Cənubi Afrikadan Wayde Van Niekerk 20.11 saniyə ilə gümüş, Trinidad Tobaqodan Jereem Richards isə 20.11 saniyə ilə bürünc medal qazanıb. Niekerenk, Riçardsı saniyənin mində biri fərqlə keçərək ikinci yeri əldə edib.
Ramil Quliyev 29 may 1990-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək Türkiyə bayrağı altında çıxış etməyə başlamışdır.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb




















