Heyvanların və meyvə bağlarının sığortasında yeniliklər – SAMUXDA AQRAR SIĞORTA TƏDBİRİ
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortaya xüsusilə heyvandarlıq təsərrüfatlarının marağı artmaqdadır.
Kənd təsərrüfatı heyvanlarının və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Samux Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta" tədbirində müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Arif Ağayev Samuxda kənd təsərrüfatı üçün böyük imknalar olduğunu, xüsusilə çoxsaylı heyvnadarlıq təsərrüfatlarının mövcul olduğunu, eləcə də son illər meyvə bağlarının salındığınıü bildirib.
Tədbirdə bildirilib ki, Samux rayonundakı 25,6 min hektar əkin sahəsinin 10,7 min hektarı taxıl əkinləri, qalan hissə isə digər bitkilərin əkini üçün istifadə olunur. Rayonda əkin sahələrinin 8,8 min hektarı sığortalanıb.
A.Ağayev təsərrüfatların qorunması üçün aqrar sığortanın əhəmiyyətini qeyd edərək fermerləri bu imkandan istifadə etməyə çağırıb.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov aqrar sığotrta mexanizmi, onun əhatə etdiyi məhsullar və risklər barədə məlumat verib, onun sözlərinə görə, sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını müxtəlif risklərdən sığorta edə bilərlər.
Fondun idarə heyətinin üzvü, aqrar sığortanın xüsusilə son dövrlər Samuxda geniş salınan meyvə - şaftalı, nektarin, ərik və sair bağları üçün mühüm olduğunu qeyd edərək bildirib ki, təsərrüfatlar yeni salınan bağların tingini, ağacları və toplanacaq məhsulu sığorta edə bilərlər.
Görüşdə keçirilən təqdimatda bildirilib ki, 660 ting olan 1 hektarlıq sahədəki tinglərin qorunması cəmi 14-15 manata, ildə 20 manatlıq məhsul verən meyvə ağaclarının sığortası isə fermerlərə 30-40 qəpiyə başa gəlir.
Xatırladaq ki, Samux rayonunda çoxsaylı heyvandarlıq təsərrüfatları da var. Hazırda rayonda 23,7 min iri buynuzlu, 123 min xırdabuynuzlu olmaqla, ümumilikdə 146,7 min kənd təsərrüfatı heyvanı var.
Bildirilib ki, qaydalara edilən dəyişikliyə əsasən heyvnaların sığorta tarifləri aşağı salınıb, nəticədə 1000 manatlıq mal-qaranı (inək, camış və sair) cəmi 26 manata, 300 manat qiyməti olan xırdabuynuzlu heyvanı (qoyun və keçi) cəmi 7,8 manata sığorta etmək mümkündür.
Tədbirdə bildirilib ki, sığortalanmaq üçün heyvanlar qeydiyyatdan keçirilməli və müvafiq qaydada birkalanmalıdır.
Aqrar sığorta barədə məlumat fermerlərin böyük marağına səbəb olub. İştirakçılar taxıl və meyvə bağlarının sığortası, eləcə də kənd təsərrüfatı heyvanlarının sığortası ilə bağlı Aqrar Sığorta Fondu nümaynədələrinə çoxsaylı suallar ünvanlayıb, təkliflər səslindəriblər. Bütün suallara ətraflı cavablar verilib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















