“Bank of Baku”nun yeni sədri kimdir?
Xəbər verdiyimiz kimi, Azərbaycanın qabaqcıl banklarından olan “Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib. Belə ki, bankın İdarə Heyətinin sədrliyi Həsən Quliyevə həvalə olunub.
Bankın yaydığı məlumatda bildirilir ki, Həsən Quliyev karyerasına 2006-cı ildə başlayıb, ümumilikdə 18 illik peşəkar təcrübəyə sahibdir. Bu təcrübənin 14 ilini “Bank of Baku”dakı fəaliyyəti əhatə edir.
Həsən Quliyev “Bank of Baku”dakı işinə 2010-cu ildə ilk olaraq Daxili audit departamentinin direktoru olaraq başlayıb, daha sonra Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ilin martından İdarə Heyətinin üzvü seçilib və yanaşı olaraq Baş risk inzibatçısı vəzifəsini yerinə yetirib. 2021-ci ildən isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin I müavini kimi Biznes sahəsini kurasiya edib.
Həsən Quliyev bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu – XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti – “Maastricht School of Management”də EMBA təhsili alıb.
Qeyd edək ki, "Bank of Baku" 30 ildir ki, fəaliyyət göstərir və 1 milyondan çox müştəriyə müxtəlif bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 42 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb






.jpg)
.jpg)









.jpg)




