Aqrar Sığorta Fondunda quşçuluq təsərrüfatlarının sığortası müzakirə olundu
Azərbaycanda quşçuluq təsərrüfatlarının sığortası üzrə ilkin araşdırmalara başlanılıbAqrar Sığorta Fondu (ASF) və “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi arasında görüş keçirilib.
Fonddan Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, ölkənin iri quşçuluq və broyler müəssisələrinin rəhbərlərinin iştirak etdiyi görüşdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Fondun fəaliyyəti, aqrar sığorta mexanizminin iş prinsipləri, onun əhatə etdiyi risklər və predmetləri barədə məlumat verib.
Fond rəhbəri bildirib ki, quşçuluq təsərrüfatlarının sığortalanmasına başlanması qarşıda duran hədəflərdəndir. Hazırda qurum quşçuluq təsərrüfatlarının sığortası ilə bağlı araşdırmalar və ilkin hesablamalar aparır. Bununla bağlı qardaş Türkiyənin, eləcə də Avropa ölkələrinin qabaqcıl təcrübəsi öyrənilir.
50-dən artıq quşçuluq təsərrüfatı və müəssisələrini özündə birləşdirən “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, hazırda ölkənin quşçuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır. Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir. Belə ki, 2023-cü ildə 60 milyon ədəd yumurta ixrac edilib, 2024-cü ildə isə bu rəqəmin 100 milyona çatacağı gözlənilir. Bildirilib ki, hazırda Azərbaycandan yumurta məhsulları Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, eləcə də Avropa ölkələrinə ixrac barədə razılaşmalar mövcuddur. Assosiasiya təmsilçiləri quşçuluq sektorunda risklərin qarşılanması üçün aqrar sığortanın əhəmiyyətli olduğunu vurğulayıblar.
Görüşdə quşçuluq sığortası ilə bağlı aktual risklərin dəqiqləşdirilməsi, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi, bu sahədə sığorta xidmətlərinin təqdim edilməsi üçün müxtəlif sığorta zərflərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib və belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)



.jpg)







