Kahramanmaraşda “Azərbaycan” məhəlləsində 71 bina inşa olunacaq - FOTOLAR
Azərbaycan qardaş Türkiyənin vətəndaşları üçün 1323 mənzil tikəcəkBu gün Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür.
Marja xəbər verir ki, fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla 10 vilayətdə güclü zəlzə baş verib.
Təbiət hadisəsi nəticəsində ciddi dağıntılar baş verib və nəticədə 50 mindən çox insan həlak olub.
Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan da Türkiyəyə qardaş dəstəyi göstərib.
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin salınmasına başlanılıb.
Türkiyə Respublikasının Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək.
Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaqdır. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaqdır.
Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılmışdır.
20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:
- xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana
- musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı
- rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana
- texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana
- 1 kitabxana
- 1 idman zalı
Yuxarıda da qeyd edildiyi kimi “Azərbaycan” məhəlləsinin baş planı üzrə 11 və 12-ci kvartallarının tikintisinə başlanılmışdır. 2 kvartalda ümumilikdə 16 yaşayış binası yerləşdir. Binalar 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaqdır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
14 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
23 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
35 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 39 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti





























