Bloomberg: G7 və Aİ dondurulmuş Rusiya aktivlərinin girov kimi istifadəsini müzakirə edir
Yeddilik Qrupu (G7) və Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün girov kimi istifadə imkanlarını müzakirə edir.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Xəbərə görə, G7 və Aİ Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən 250 milyard dollardan çox istifadə planını müzakirə edir. Ukraynanın müttəfiqləri dondurulmuş Rusiya aktivlərini girov kimi istifadə edə bilər. Belə bir qərarın tərəfdarları hesab edirlər ki, münaqişənin istənilən həlli Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsinə gətirib çıxaracaq və bundan imtina edərsə, ona qarşı dondurulmuş aktivlər üçün iddialar qaldırıla bilər.
Bloomberg vurğulayır ki, bu variant hazırda yalnız müzakirə səviyyəsindədir və hələlik siyasi qərar verilməyib.
Qeyd edək ki, yanvarın 30-da Aİ ölkələrinin səfirləri Rusiya aktivlərindən əldə olunan gəlirlərin xüsusi hesablara köçürülməsi qərarı ilə bağlı ilkin razılığa gəliblər və birtərəfli qaydada aktivlərdən əldə edilən gəlirin Rusiyaya aid olmadığını iddia edən Avropa Komissiyasını dəstəkləyiblər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
24 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























