Azərbaycan, Maliyyə Nazirlərinin iqlim fəaliyyəti üzrə Koalisiyasının iclasında qonaq qismində təmsil olunub
1-2 fevral tarixlərində Haaqa şəhərində Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının Nümayəndələrinin (Sherpa) iclası keçirilib.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində iclasa qonaq qismində dəvət olunub və Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov açılış mərasimində virtual formatda iştirak edib.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün namizədliyini dəstəkləyən Konvensiya tərəfdaşlarına təşəkkürünü bildirən A.Mursaqulov öz çıxışında COP29-un gündəliyində əsas çağırış olan iqlim maliyyəsinin əhəmiyyətindən bəhs edib, Koalisiya üzvlərinə İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasınından irəli gələn məsələlərdə birgə əməkdaşlığa çağrış edib. O, Koalisiyaya üzv olmamasına baxmayaraq Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə sıx əməkdaşığın qurulacağına əminliyini ifadə edib.
COP29-a ev sahibliyi münasibəti ilə ölkəmizi təbrik edən Koalisiya həmsədrləri bu istiqamətdə Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar.
2018-ci ildə yaranan və 90-dan çox ölkənin üzv olduğu İqlim fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 İnstitusional Tərəfdaş tərəfindən dəstəklənən və iqlimlə mübarizə tədbirlərini sürətləndirmək üçün maliyyə nazirlərinin rəhbərlik etdiyi qlobal təşəbbüsdür. Hazırda Koalisiyaya Niderland və İndoneziya həmsədrlik edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 30 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















