Azərbaycanın ilk vençur fondu 15 startapa 1,3 milyon dollar maliyyə dəstəyi göstərib
Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” fəaliyyətə başladığı dövrdən bu yana, yəni bir il ərzində 15 startapa 1 milyon ABŞ dollardan çox (təqribən 1.3 milyon dollar) dəyərində maliyyə dəstəyi göstərilib.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib.
"Dünya təcrübəsinə nəzər salmış olsaq, normalda bir fondun il ərzində 5-6 startapa maliyyə dəstəyi göstərəcəyi gözlənilir. Bununla belə bu gün biz əlavə maliyyə dəstəyi mexanizmlərin də inkişaf etdirilməsi yönündə çalışırıq. “Caucasus Ventures” fondundan başqa bura “Technovate-Sabah” və LTC mələk investorlar klubları daxildir.
Məsələn, 90 nəfərdən çox təlimdən keçirsə onların bir hissəsi investisiya etməyə başladıqda başlanğıc mərhələsində olan strataplar investisiya ala biləcək. Çünki “Caucasus Ventures” fondu təxminən 50-100 min ABŞ dolları dəyərində investisiya edir. Yəni ondan daha az olduğu təqdirdə başlanğıc mərhələdə olan startaplara investisiya almaq mümkün olsa da, kifayət qədər çətindir. Paralel olaraq 100 min ABŞ dollarından yuxarı investisiya almaq mexanizmləri də nəzərdən keçirilir. Bu maliyyələşmə mexanizmi üzrə ortaq ola biləcəyimiz xarici fondların müəyyən olunması və Azərbaycana gətirilməsi yönündə düşüncələrimiz var",- İnarə Vəliyeva deyib.
Agentliyinin sədri qeyd edib ki, Azərbaycanda 220 aktiv startap mövcuddur: "Bizim gözləntilərimizə görə 2026-cı ilə kimi aktiv startapların sayı 500-ə çatacaq. Startapların sayının artması birbaşa olaraq MVP-lərin (Minimum İşlək Məhsulun) sayına bağlıdır. Hazırda MVP-li startapların sayı 105-ə yaxındır. Bu il üçün isə hədəfimiz 115 işlək yeni MVP-nin bazara çıxarılmasıdır".
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























