Hindistan 10 milyon evə günəş panelləri quraşdırmağı planlaşdırır
Hindistan hökuməti, pulsuz elektrik enerjisi almaları üçün təxminən 10 milyon evi günəş panelləri ilə təchiz etməyi planlaşdırır.
Marja.az xəbər verir ki. bu barədə ölkənin maliyyə naziri Nirmala Sitharaman məlumat verib.
"Evlərin damında günəş panellərinin quraşdırılması proqramı sayəsində 10 milyon ailə hər ay 300 kVt-a qədər elektrik enerjisini pulsuz əldə edə biləcək. Bu, hər evə 15-18 min rupi (180 dollar) qənaət etməyə imkan verəcək”, - Sitharaman aprelin 1-də başlayacaq növbəti maliyyə ili üçün ölkənin ilkin büdcəsini təqdim edərkən deyib.
Yeni və Bərpa Olunan Enerji Nazirliyinin məlumatına görə, 2023-cü ildə Hindistanda günəş enerjisindən ümumi elektrik enerjisi istehsal gücü 72 GVt təşkil edib ki, bunun da 11 GVt-ı damdakı günəş panellərindən əldə edilib. 10 milyon evin belə panellərlə təchiz edilməsi məqsədi reallaşarsa, bu yolla istehsal olunan elektrik enerjisinin ümumi həcmi 11 dəfə artacaq.
Bundan əlavə, nazir bildirib ki, hökumət 2024-2025-ci illərdə ölkədə elektrik nəqliyyatından istifadəni aktiv şəkildə dəstəkləməyi planlaşdırır. Xüsusilə, enerji doldurma məntəqələrinin infrastrukturunun genişləndirilməsi və ictimai nəqliyyat sistemində elektrik avtobuslarından istifadənin artırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























