"Həkim-mütəxəssislərin gəlirlərində 5 dəfədən 50 dəfəyədək artım olub"
Vətəndaşlarla yanaşı, sığorta sisteminin tibb işçilərinə də təsiri maraqlıdır. İcbari tibbi sığortanın tətbiqindən sonra onların gəlirlərində artımlar olubmu?
Marja.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev həkim-mütəxəssislərin gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olduğunu bildirib.
"Səhiyyə işçilərinin sosial rifahının gücləndirilməsi bizim üçün prioritet istiqamətlərdən biridir. Sığortaolunanların məmnunluğu ilə yanaşı, tibb işçilərinin məmnunluğu da vacib şərtdir. Əlbəttə, pasiyentlərlə yanaşı, bizə səhiyyə işçilərindən geridönüşlər olur. Həkimlərin rəylərini və təkliflərini nəzərə alaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına bir neçə dəfə dəyişiklik edilib.
2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3.2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub".
Zaur Əliyev qeyd edib ki. icbari tibbi sığorta sisteminin tətbiqindən sonra səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlanıb: "Həkimlərə işin nəticələrinə görə, yəni aparılan müayinələr, icra edilən cərrahi əməliyyatların sayına görə əlavələr ödənilir. Ötən il Xidmətlər Zərfində 1464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırıldı, beləliklə, tibbi xidmətlərin 56 faizinin tarifində artım oldu. Cərrahi əməliyyatlar üzrə tariflərin məbləği birbaşa ödənilən bonuslara təsir edir. Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15 faizi həcmində əlavələr hesablandığından, tariflərin artımı cərrahi profilli həkimlərə ödənilən bonusların artımına səbəb olur".
© "Azərbaycan"
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























