Özəl tibb müəssisələri icbari tibbi sğortanın hesabına 248 milyon manat qazanıblar
"Bu gün dövlət tibb müəssisələri ilə yanaşı 150-dən çox özəl və təsərrüfat hesablı tibb müəssisələrində vətəndaşlar icbari tibbi sğorta hesabına tibbi xidmət ala bilirlər. 2023-cü ilin 11 ayı ərzində özəl tibb müəssisələrində 155 mindən artıq əməliyyat və prosedur icra olunub ki, bu da 2022-ci illə müqayisədə 40 faiz artıq deməkdir".
Marja.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətini sədri Zaur Əliyev bildirib.
O əlavə edib ki, xidmətlərin göstərilməsi müqabilində özəl tibb müəssisələrinə 248 milyon manat vəsait xərclənmişdir.
Beləliklə, hər bir özəl və təsərrüfat hesablı tibb müəssisəsi ötən ilin 11 ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən orta hesabla 1 milyon 650 min manat alıb.
"Vətəndaşların tibbi xidmətlərdən rahat istifadəsini təmin etmək üçün özəl tibb müəssisələrinin sayını mütəmadi olaraq artırırıq. Artıq 152 özəl tibb müəssisəsi ilə müqaviləmiz var ki, sığorta ilə tibbi xidmətləri göstərməyə məsuldurlar. Təminat verilən xidmətlərin artması daha çox tibbi xidmətin əhali üçün əlçatan olması deməkdir. Bu da vətəndaşların sağlamlıqları ilə bağlı maliyyə xərclərinin azaldılmasına xidmət edir",- Agentliyin sədri deyib.
Zaur Əliyev deyib: "Statistik rəqəmlər göstərir ki, dövlət tibb müəssisələrinə müraciətlərin sayı kəskin artıb. Əgər 2022-ci ildə ölkə əhalisinin 47 faizi icbari tibbi sığortadan yararlanmışdısa, ötən il bu rəqəm 52 faiz olmuşdu. Ötən il dövlət tibb müəssisələrinə 5 milyondan çox vətəndaş müraciəti əsasında 70 milyondan çox tibbi xidmət göstərilib. 2022-ci illə müqayisədə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında 60 faiz artım müşahidə olunub".
© "Azərbaycan"
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





























