Ferrari-nin səhmləri Həmiltonun komandaya qoşulması xəbəri fonunda 13% bahalaşıb
Formula 1 yarışları üzrə yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmilton 2025-ci il mövsümündən etibarən Ferrari komandası üçün mübarizə aparacaq. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.İdman avtomobili istehsalçısı Ferrari-nin Nyu-York Birjasında səhmləri yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmiltonun 2025-ci ildən Formula 1 dünya çempionatında şirkətin zavod komandası üçün mübarizə aparacağı xəbəri fonunda 13%-dən çox bahalaşıb.
Marja.az xəbər verir ki, cümə axşamı ticarət sessiyası başlayandan sonra Ferrari səhmləri 13,15%-ədək bahalaşaraq 391,42 dolları görüb. Bakı vaxtı ilə saat 08:14-ə olan məlumata görə, Ferrari-nin qiymətli kağızları 9,2% bahalaşma ilə 353.50 dollara satılıb. Şirkətin səhmlərinin bahalaşmasına maliyyə hesabatlarının dərci də kömək edib. Belə ki, italyan istehsalçısının 2023-cü maliyyə ilində xalis gəliri 17,2% artıb.
Cümə axşamı, Ferrari komandasının mətbuat xidməti britaniyalı Lyuis Həmilton ilə çoxillik müqavilə imzaladığını elan edib. Həmilton 2024-cü il mövsümünü Mercedes-də keçirəcək. 2024-cü il mövsümünün sonunda ispaniyalı sürücü Carlos Sainz Jr Ferrari-ni tərk edəcək.
2007-2013-cü illərdə Həmilton 2008-ci ildə dünya çempionu olduğu McLaren-də çıxış edib. Mercedes ilə 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə dünya çempionu olub. Titulların sayına görə Həmilton almaniyalı Mixael Şumaxerlə rekorda şərikdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























