17 Yanvar, saat 22:00-da Samsung-un təqdimatı başlayacaq
(®) İnternet və çöl reklamlarında “AI gəlir” deyə ismarış verən Samsung deyəsən smartfon anlayışını yeni mərhələyə çıxarmağa hazırlaşır. Belə olarsa, əvvəlcə telefon, ardınca təkamül edərək smartfon adlandırılan cihaz Samsungun yüngül əli ilə yeni dövrün, yeni anlayışın, yeni yanaşmanın əsasını qoyacaq.
Süni zəka (AI – artificial intelligence, ingiliscə) yeni flaqman cihaza hansı üstünlüklər verə bilər? Ola bilsin ki, cihaz təhlil tələb edən bir qrup əməliyyatı vahid çətir altında toplasın. Və ya genişləndirilmiş təhlil imkanları ilə istifadəçilərə yeni fürsətlər versin. Ola da bilsin ki, bu yeni texniki fürsətlər rəqəmsal bazarda dəyişikliklərə gətirib çıxarsın.
Yeni yayımlanan kommunikasiyada diqqət çəkən daha bir ünsür çarxın sonuna yaxın görünən dairədir. Maraqlıdır, bu süni zəka ilə bağlıdır, yoxsa yeni kameraya işarədir?
Ehtimal ki, kameraya aidiyyatı olmadan çarxda obyektivi xatırladan dairə çəkilməzdi. Amma Samsung mobil bazarı bundan əvvəlki flaqmanlarda da kamera keyfiyyəti ilə təəcübləndirə bilmişdi. Ancaq o cihazların ilkin çarxlarında süni zəka yox idi. Burada isə kamera obyektivini xatırladan dairə “AI gəlir” ifadəsinin ətrafında fırlanır. İnanmaq çətin olsa da, ağıla gələn tək ehtimal kameranın süni zəka imkanları ilə zənginləşdirilməsidir. Bu halda bu cür kamera istifadəçiyə hansı üfüqləri açacaq? Həvəskar və peşəkar istifadəçilər nə cür cavab verəcək? Hər halda Samsung kimi texnonəhəng buna da hazır olar.
Yazılanlar bir ehtimaldır, daha dəqiq və ətraflı məlumat Samsung tərəfindən rəsmi təqdimatda açıqlanacaq. Hər halda yanvarın 17-nə az qalıb.
Galaxy Unpacked 17 Yanvar saat 22:00-da rəsmi YouTube kanalımızda
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















