Unibankın investisiyaları nəticə verdi: Əməliyyat mənfəəti 3 dəfə artdı!
“Unibank” KB ASC 2023-cü ilin əsas maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə cəmi gəlirlər 37 % artaraq, 319 milyon manata çatıb. Bankın gəlirlərindəki yüksəlmə qarşılığında il ərzində bankın xərclərində artım cəmi 15 % olub.
Nəticədə 31 dekabr 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 75 milyon manata çatıb. Bank hesabat ilini 33 milyon manatlıq xalis mənfəətlə başa vurub.
Eyni zamanda 2023-ci ildə qazanılmış faiz gəlirləri 212 milyon manata çatıb, qeyri-faiz gəlirləri isə 107 milyon manatı ötüb. Bununla da Bankın qeyri-faiz gəlirləri əvvəlki illə müqayisədə 54 %, faiz gəlirləri isə 37 % artıb.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin Bank üçün vacib inkişaf ili olduğunu bildirib:
“Ötən il Unibank üçün həm də bir strateji dövrün başa çatması ili oldu. Bu dövr ərzində əhəmiyyətli uğurlara və layihələrə imza atdıq. Aktivlərimiz 1.6 milyard, kredit portfelimiz 1 milyard manat həddinə çatdı, eyni zamanda bankçılıq xidmətlərimizdən istifadə edən müştərilərimizin sayı 3 dəfəyə yaxın artaraq 1.5 milyon nəfərədək genişləndi. Bankımızın mobil əlavələrinin aktiv istifadəcilərinin sayı strateji dövr ərzində 5 dəfədən çox artaraq, 1 milyon nəfəri keçdi, eyni zamanda bankın müştəri əməliyyatlarının 70%-dən çox hissəsinin rəqəmsal kanallara keçidinə nail olduq. Bankın bazar mövqeyinin qoruyub saxlanılması və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində böyümə, ötən il də müsbət inkişaf tendensiyasının davam etdiyini göstərir. Unibank üçün yeni strateji dövrün başlanğıc ili olan 2024-cü ildə də böyük hədəflərimiz, inkişaf layihələrimiz var. İnanırıq ki, bu il Unibank və ümumilikdə bank sektoru üçün uğurlu il olacaq”.
Bankın davamlı inkişaf strategiyasına uyğun olaraq, dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. İlin sonuna Bankın məcmu kapitalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 % artaraq, 160 milyon manat olub. 2023-cü il ərzində Bank kapital adekvatlığını xeyli yüksəldib. Belə ki, ötən ilin sonunda bankın kapital adekvatlıq əmsalı artaraq, 12.8 % təşkil edib.
Bankın artıq milyard manatı ötən kredit portfeli ilin sonuna bir qədər də artaraq, 1 milyard 48 milyon manata çatıb. Bu həm də 2022-ci illə müqayisədə 22 % artım deməkdir. Portfelin strukturunda biznes kreditlərinin payı bir qədər də çoxalıb. Biznes kredit portfeli əvvəlki illə müqayisədə 20% artaraq 329 milyon manatı ötüb. Ayrıca mikro kreditlər portfeli də böyüyüb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 29 % artaraq, 174 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı, sürətli kreditin verilməsi və digər üstünlüklər “Unibank”ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib. Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 26 % artıb.
Bankın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edir. İlin nəticələrinə görə, depozit portfeli əvvəlki illə müqayisədə 23 % artaraq, 1 milyard 215 milyon manatı ötüb. Təkcə tələbli depozitlərin məbləğində artım isə 17 %-i keçib.
2023-cü il ərzində Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 2.9 dəfə artaraq, 9 milyarda manata çatıb. Aktiv kart müştərilərinin qeydə alınan artım isə 19 % olub.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
10 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
11 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
11 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















