Sement məhsulları satan şirkət milyonlar qazandığını açıqladı
Norm sement zavodunun distributoru olan "Konstromat” ASC 2022 ci ildə 224 min 870 ton, satış dəyəri ilə 36 milyon 435 min 702 manatlıq sement məhsulu satmış və il ərzində 4 milyon 87 min 580 manat xalis mənfəət qazanmışdır.
Bu barədə Marja.az Şirkətin səhmlərinin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
Qeyd edilib ki, 2023 cü ilin ilk 6 ayında isə "Konstromat” şirkəti 122 min 215 ton, satış dəyəri ilə 20 milyon 320 min 812 manatlıq sement məhsulu satmış və 2023 cü il ilk 6 ayı ərzində 2 milyon 164 min 237 manat xalis mənfəət qazanmışdır.
Vurğulanıb ki, "Konstromat” ASC-nin cəmi aktivləri və kapitalı 2020-ci ilin sonu ilə müqayisədə 1.55 dəfəyə qədər artmışdır.
"Konstromat” ASC-nin cəmi uzunmüddətli aktivləri 2022-ci ilinin sonuna 382 min 950 manat, qısamüddətli aktivlər isə 5 milyon 792 min 361 manat təşkil edib. Həmçinin Şirkətin öhdəlikləri 2022-ci ilin sonuna 2 milyon 210 min 587 manata çatmışdır.
Şirkətin maliyyə hesabatında isə qeyd edilib ki, "Konstromat” ASC-ninəsas əməliyyat gəlirləri 2021-ci ildə 33 milyon 437 min 205 manat ikən, 2022-ci ildə 30 milyon 919 min 739 manata düşüb. 2021-ci ildə Şirkətin xalis mənfəəti 4 milyon 565 min 367 manatdan, 2022-ci ildə 4 miylon 87 min 580 manata geriləyib.
Hazırda "Konstromat” ASC-nin səhmləri 100% Əkbərov Rasim Naib oğluna məxsusdur.
"Konstromat” ASC Norm sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu Azərbaycan Respublikasının, Bakı, Abşeron, Sumqayıt, Qobustan, Oğuz, İsmayilli, Balakən, Qəbələ, Şəki, Zaqatala, Qax, Göyçay, Bərdə, Ağcabədi, Naftalan, Füzuli, Tərtər, Ağstafa, Daşkəsən, Gəncə, Göy-Göl, Şəmkir, Mingəçevir, Gədəbəy, Goranboy, Qazax, Yevlax, Tovuz şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























