Türkiyə İsraillə ticarət dövriyyəsinin artması ilə bağlı xəbərlərə cavab verib
Ticarət Nazirliyi: Türkiyənin İsraillə ticarət dövriyyəsi artırmayıb, əksinə 45% azalıb.Türkiyə hakimiyyəti müxalifət mediasının İsraillə ticarət dövriyyəsinin artması ilə bağlı iddialarını təkzib edib:
Marja.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin İsraillə ticarət dövriyyəsi il ərzində 45% azalıb.
"Bəzi mediada İsrailə ixracın artması ilə bağlı iddialar həqiqətə uyğun deyil. Ticarət İsrailin yəhudi hissəsi ilə deyil, söhbət işğal altında olan İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzza və İsrailin 2,2 milyon Fələstin vətəndaşı ilə ticarətdən gedir”, - deyə Ticarət Departamenti mətbuata açıqlamasında bildirib. Agentlik vurğulayıb ki, Fələstin ərazilərinə bu və ya digər şəkildə göndərilən istənilən mal İsrail gömrük məntəqəsindən keçir.
Nazirliyin məlumatına görə, 2022-ci il oktyabrın 7-dən dekabrın 31-dək Türkiyənin İsraillə ticarət dövriyyəsi 2,32 milyard dollar, 2023-cü ilin eyni dövründə isə 1,28 milyard dollar təşkil edib və bununla da 45% azalıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə İsrailin baş naziri Benyamin Netanyahunu tənqid edərək, onu bir daha Adolf Hitlerlə müqayisə edib. Öz növbəsində Netanyahu deyib ki, Ərdoğan “bizə əxlaqı öyrədə biləcək sonuncu şəxsdir”.
Ərdoğan bundan əvvəl də dəfələrlə Netanyahunu “cəllad” və “qatil” adlandırıb və onun siyasi karyerasını uzatmaq və İsraildə ona qarşı açılan məhkəmədən yayınmaq üçün Qəzza zolağında soyqırım törətdiyini bəyan edib. Ankara həm də HƏMAS-ı terror təşkilatı kimi tanımaqdan imtina edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























