4-cü rübdə "Rivian"ın satışı azalıb
Amerikanın elektrikli avtomobil istehsalçısı "Rivian Automotive", tədarüklərin 2023-cü ilin dördüncü rübündə azaldığını və bazar gözləntilərindən aşağı olduğunu açıqlayıb.
Marja.az xəbər verir ki, Şirkət, 31 dekabr tarixində bitən 4-cü rübdə cəmi 13 min 972 avtomobil təslim edib. Bu, 3-cü rüb ilə müqayisədə 10% azdır. Bu, yüksək qiymətə malik elektrik avtomobillərinə tələbatın azaldığını göstərir.
Elektrikli avtomobil bazarında yüksək rəqabət və yüksək faiz dərəcələrinin aylıq ödənişləri artırması elektrik mühərriklə işləyən avtomobillərə tələbi azaldan mühüm amillər olub. Buna görə də, elektrik avtomobilləri istehlakçıları daha münasib modellər istehsal etməyin yollarını axtarırlar. "Rivian"ın başlanğıc qiyməti 73 000 dollar olan "R1T" pikap maşını noyabrın sonunda bazara çıxıb və "Tesla"nın "Cybertruck"modeli ilə şiddətli rəqabət aparır.
“İstehsal nəzərdə tutulandan artıqdır”
Elektrikli avtomobil istehsalçısı İllinoysdakı istehsal müəssisəsində dördüncü rübdə cəmi 17 541 elektromobil istehsal etdiyini açıqlayıb. Şirkət 2023-cü ildə 57 min 232 elektromobil istehsal edərək illik 54 min ədəd istehsal hədəfini aşmağı bacarıb.
Yüksək qiymətli elektrik avtomobillərinə tələbatın yavaşlaması istehsalçıları istehsalı azaltmağa və ya qiymətləri aşağı salmağa məcbur edir. "Rivian" qiymətləri endirməkdən yayınmağı bacarıb. 2024-cü ilin birinci rübündə tədarüklər azalmağa davam edərsə, avtomobil istehsalçısı satışları artırmaq üçün qiymət endirimlərini tətbiq etmək məcburiyyətində qala bilər. Lakin bu yol "Rivian" üçün problem yarada bilər. "Rivian"ın "R1T" və "R1S" avtomobilləri orta hesabla 80 min dollardan yüksək qiymətə satılır, lakin istehsal xərci hələ də gətirdiyi gəlirin çox üstündədir.
"Rivian", material və əmək xərclərini azaltmaqla ikinci rüblə müqayisədə vahid başına xərcləri 2000 dollar azaltdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 25 d. əvvəl
-
-
26 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
37 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)









.jpg)




