Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Yeni il ərəfəsində olduqca durğun olan birjalarda hər hansı fors-majorlar yaşanmadığı təqdirdə, mövcud tendensiyaların davam edəcəyi və ya üfüqi dalğalanmaların ön plana çıxacağı ehtimal edilir.
8 həftədir geriləyən dollar indeksi cari həftəyə də enişlə başlayıb. Analitiklər hesab edirlər ki, geridə qoyduğumuz həftəni 101.74 bənd səviyyəsində bağlayan DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
Bu il “Wall Street”-də investorları qazandıran əsas strategiya; Sektorların seçilməsi, ticarət variantları və dividend ovlanması kimi portfelin şaxələndirilməsi strategiyaları əvəzinə, çox ənənəvi şəkildə “S&P500”-də mövqe tutmaq oldu.
“Bloomberg Intelligence” məlumatlarına görə, bu ay “S&P500”-ün 4% dəyər qazanması indeksin 2023-cü il üçün qazancını 24%-ə yüksəltdi. Təkcə dekabr ayında səhm fondlarına (ETF) 69 milyard dollar vəsait daxil olub. Bu, son iki ilin ən güclü aylıq girişi olaraq qeyd edilə bilər.
“S&P500”-ü izləyən ən böyük fond olan 494 milyard dollarlıq “SPDR S&P 500 ETF Trust”-a 42 milyard dollardan çox vəsait daxil olub. Bu, 1998-ci ildən bu günə qədər olan məlumatlara baxsaq, aylıq rekord məbləğ deməkdir.
Qeyd edək ki, Yeni il tətili ilə əlaqədar olaraq cari həftə ərzində ticarət həcmlərinin kəskin aşağı olacağı gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























