AccessBank-dan mikro və aqro sahibkarlara “İndi al, 2 ay sonra ödə” kampaniyası
(®) Sizi yerli Avropa bankınız - AccessBank, sahibkarların biznes plan üzrə hədəflərinə çatmasına dəstək məqsədilə, növbəti il üçün güzəştli “İndi al, 2 ay sonra ödə” kampaniyasını təqdim edir.
Yeni kampaniyanın şərtlərinə uyğun olaraq, yeni kiçik biznes sahibləri, eləcə də, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, krediti indi alıb, növbəti ilin iki ayı üzrə faiz ödənişlərindən azad olunurlar.
Kampaniya 20 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək qüvvədədir.
Kampaniya haqqında əlavə məlumat almaq üçün 151 əlaqə mərkəzinə zəng etmək və ya filiallara yaxınlaşmaq olar. Filiallar haqqında məlumat linkdə təqdim edilir: https://www.accessbank.az/ru/our-bank/service-networks . Qeyd olunan şərtlərlə kredit sifariş vermək üçün linkə keçid edin: https://www.accessbank.az/az/requests/microloan
AccessBank 2002-ci ildən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-i Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
1 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
3 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi























