"Ferrari Bakı" yenilənmiş satış və servis mərkəzini təqdim etdi
(®) Uzun bir yeniləmə mərhələsindn sonra Ferrari Bakı mərkəzi yeni nəfəs alaraq, müştərilərin istifadəsinə təqdim edilib.
Hazırda Satış və Servis Mərkəzimiz ən son yeni Ferrari korporativ dizaynını təqdim edir. Bu, ən üstün müştəri təcrübəsidir. Konfiqurasiya sahəsi Ferrari brendinin korporativ standartlarına əsaslanaraq yeni və müasir avadanlıqlarla təchiz edilmişdir. İndi avtomobillərin təchizatnda təqdim edilən geniş seçimli rəngarəng opsiyalara sahib olmaq daha asandır.
Başqa bir maraqlı məqam isə tamamilə yenilənmiş Servis Mərkəzidir. 2013-cü ildə yaradılan Servis Mərkəzi, Ferrari sahiblərinə eksklüziv xidmət göstərmək və mürəkkəb bərpa işlərini icra etmək məqsədilə yaradılmışdır. Yalnız bizim Servis Mərkəzində Ferrari sahibləri, maşının tam yoxlaması üçün tələb olunan sertifikatlaşmış peşəkar mütəxəssisləri və avadanlıqları tapa bilərlər. Servis Mərkəzinin imkanlarının artırılması nəticəsində avtomobil sahiblərinin artan tələblərini daha sürətli və operativ qarşılamaq imakanı yaranır.
Ferrari Bakı Mərkəzinin sahibi Əli Nəzər deyir : “Bugün bizim burda yığışmağımızın əsas iki səbəbi var.
1. Salonun yeni CI dediyimiz Korporativ dizayna uyğunlaşdırılması və o cümlədən Ferrari brendinin rəsmi olaraq Azərbaycanda yeni idxalçısının Nazar Group şirkəti olmasını rəsmi olaraq açlıqlanması
2. Yeni modellərin təqdimatı
Bu regionda Ferrari brendini təmsil etmək və artan tələbi qarşılamaq üçün yüksək keyfiyyətdə müştərilərimizə xidmət göstərməkdən qürur duyuruq"
Nazar Group şirkətinin direktoru Azər Cəlilov isə: ”Bilyiniz kimi, Ferrari Bakı 2013-cü ildən etibarən ölkəmizdə fəaliyyət gostərir. Yəni biz bu il artıq 10 illiyimizi qeyd edirik. Sevindirici haldır ki, Ferrari brendinin regionda 74 dileri mövcuddur və onlardan biri də məhz bizik.
Bu tədbir çərçivəsində Ferrari avtomobillərinin ən yeni modelləri - Ferrari Purosangue və Ferrari Roma Spyder təqdim etdilmişdir".
Ferrari Purosangue Maranello-nun ikonik atmosferli V12 mühərriki ilə təchiz edilmiş, “Prancing Horse” ailəsinin ilk dörd qapılı, dörd oturacaqlı modelidir. Mükəmməl innovativ dizaynı ilə Ferrari avtomobil sənayesində yeni standartlar müəyyən edir. Avtomobili idarə etmə zaman performas, ehtiras, güc və zəriflik atmosferi hissiyatı yaradır.
725 at gücünə malik V12 mühərrik ilə təhciz olunan Ferrari Purosangue 0-100km / saat sürətlənməni 3.3 saniyəyə qət edir.
"Ferrari Roma Spider", Ferrari tərəfindən istehsal olunan idman avtomobildir. Bu model, "Roma" adlı 2020-ci il modelinin Spyder (açıq dam) versiyasıdır. Ferrari Roma, müasir və innovativ dizaynı ilə diqqət çəkən bir GT (Grand Turismo) avtomobili olaraq tanınır.
Əyləncəli və dinamik idarəetmə üçün dizayn edilmişdir, sürücülərə yüksək sürət və mükəmməl reaksiya verən performans təklif edir.
Açılan dam dizaynı, sürücülərə əlverişli hava şəraitində idarəetmədən xüsusi zövq almağa şərait yaradır və Roma Spyder sahiblərinin gözəllik, performans və rahatlığı bir arada sınaqdan keçirməyə imkan verir.
612 at gücünə malik V8 mühərrik ilə təhciz olunan Ferrari Roma Spyder 0-100km / saat sürətlənməni 3.4 saniyəyə qət edir.
Ünvan dəyişilməz olaraq qalmaqdadır Üzeyir Hacibəyov 57.
Facebook : https://www.facebook.com/BakuFerrari
İnstagram : https://www.instagram.com/ferraribakuofficial
Rəsmi səhifə: https://baku.ferraridealers.com/en-GB
Əlaqə: +994 12 460 70 07
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
29 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
-
58 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
Rəsmi məzənələr açıqlandı
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN

























