Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb
Yeni yaradılan mərkəz avtomobil yollarında quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların bir məkanda toplanmasına, emalına, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadəsinə imkan verəcək.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni texnologiyalar tətbiq edilməklə yol yatağının, yol qurğularının və digər infrastruktur elementlərinin qorunması, yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi xüsusilə diqqətdə saxlanılır. Bu xüsusda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb.
Marja.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, məqsəd ümumi istifadədə olan avtomobil yollarının qorunması məqsədilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi, eləcə də bölünməsi mümkün olmayan yüklə yüklənmiş iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə icazə əsasında həyata keçirilməsinin təmin edilməsidir.
Yeni yaradılan mərkəz avtomobil yollarında quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların bir məkanda toplanmasına, emalına, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadəsinə imkan verəcək.
Belə ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzilərin köməyi ilə aşkar edilərək mərkəzə göndəriləcək. Daha sonra həmin məlumatlar əsasında elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına ötürüləcək.
Qeyd edək ki, elektron tərəzilərin tədricən bütün magistral yollarda quraşdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























