Bank BTB-də Lombard krediti üzrə kampaniyalar davam edir
(®) Bank “BTB” ASC təcili pula ehtiyacı olan şəxslərə “Lombard krediti” məhsulu üzrə 2 kampaniya təklif edir. Hər iki kampaniya üzrə şərtlər müştərilərə izah olunduqdan sonra onların istəyi və seçimi əsasında kredit rəsmiləşdirilir.
Belə ki, bunlardan biri “Üç sıfır” lombard krediti kampaniyasıdır. Şərtlərə əsasən Bank BTB-yə müraciət edən şəxslər qızıl və qızıl zinət əşyalarını girov qoymaqla 100.000 AZN-dək lombard kreditini 48 ay müddətinədək əldə edə bilərlər. Bu zaman nağdlaşdırma komissiyası – 0 AZN, zərgər xərci – 0 AZN və 3 ay əsas borc üzrə ödəniş – 0 AZN təşkil edəcək.
Lombad məhsulu üzrə qüvvədə olan digər kampaniya isə “Son üç ay 0%” kampaniyasıdır. Kampaniyanın özəlliyi ondadır ki, ödəniş cədvəli üzrə son üç ayın kredit faizləri bank tərəfindən müştərilərə hədiyyə olunur. Başqa sözlə desək, son üç ay üzrə faiz borcu ödənişi – 0 AZN hesablanır. Onu da qeyd edək ki, kreditin müddəti 48 ayadək təyin edilib.
Hər iki kampaniya 30 noyabr 2023-cü il tarixinədək qüvvədədir.
Kampaniyalardan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
-
23 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
46 d. əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 51 d. əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
1 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib





















