Naxçıvanın dövlət qurumları infrastruktur layihələri ilə bağlı açıq tenderlər elan ediblər
Naxçıvan Muxtar Respublikasının dövlət qurumları infrastruktur layihələri ilə bağlı açıq tenderlər elan ediblər.
Marja xəbər verir ki, yaxın günlərdə “Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsində VIMS texnologiyasının tətbiqi, yeni IP MPLS şəbəkəsinin qurulması və GPON texnologiyasının tətbiq edilməsi”, "Orqanik Naxçıvan" publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterinin yaradılması”, Naxçıvan Muxtar Respublikasında Data Mərkəzin inşa edilməsi və müvafiq texniki infrastrukturun yaradılması”, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması”, “Meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi”, “Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi”, “Seminar, Treninq və Simulyasiya Mərkəzinin layihələndirilməsi”, “Dövlət əmlakının reyestr proqram təminatının yaradılması və inteqrasiyası” layihələri üzrə dövlət satınalmalarının vahid internet portalında satınalma elanları verilmişdir.
Eyni zamanda bir sıra internet saytlarında da həmin layihələrlə bağlı müvafiq məlumatlar yerləsdirilmişdir.
Satınalmalarda iştirak etmək istəyən investorlar https://etender.gov.az/ saytına daxil olub, satınalma şərtləri ilə tanış olaraq, müsabiqədə iştirak edə bilərlər.
Verilən məlumata görə, ümumilikdə 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının dövlət qurumları tərəfindən aqrar sektorun, təhsil, mədəniyyət, səhiyyə sahələrinin, müxtəlif rabitə və digər telekommunikasiya xidmətlərinin hərtərəfli inkişafı istiqamətində 32 sosial-infrastruktur layihəsi üzrə açıq tender elanı verilib.
Qısa müddətdə artıq 80-ə yaxın şirkət tərəfindən həmin satınalmalarda iştirak etmək üçün təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edilib.
Hazırda 15-ə yaxın layihə üzrə satınalma müsabiqəsi tamamlanmışdır. Müsabiqədə iştirak edən podratçılar arasında qiymətləndirilmə aparılır. Hətta qeyd edə bilərik ki, artıq bir neçə layihə üzrə qalib olan sahibkarlıq subyektləri ilə qanunvericiliyə uyğun şəkildə müqavilələr bağlanmış və bundan sonra tədbirlərin icrası üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə bağlı layihələndirmə və ya tikinti-qurasdırma işlərinə başlanılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub























