Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da açıqlanan iqtisadi göstəricilərdən sonra birjalarda major valyutalar dollar qarşısındakı güclü mövqelərini qoruya bildilər.
Ölkədə işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı proqnozları aşaraq 231 min nəfərlə 3 ayın əmaksimumuna yüksəldi.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 1 milyon 865 min ilə iki ilin maksimumlarına çatdı.
Analitiklər məlumatların əmək bazarında son yumşalma siqnalları ilə uyğunlaşdığını ifadə edərək, bu həftə inflyasiyanın da yavaşlama əlamətləri göstərdiyini xatırladıblar.
Digər tərəfdən, şəbəkə, bulud və kibertəhlükəsizlik həlləri təqdim edən “Cisco Systems” şirkətinin balans hesabatında zəif istiqamətləndirmədən sonra səhmlərinin təxminən 10% ucuzlaşması diqqət çəkib.
ABŞ-ın pərakəndə nəhəngi “Walmart”-ın səhmləri də tam illik mənfəət proqnozunu aşağı saldıqdan sonra 8%-dən çox dəyər itirib.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin açıqlamaları da izlənərkən, FED İdarə Heyətinin üzvü Lisa Kuk inflyasiyanın davamlı azalması və güclü əmək bazarı ilə iqtisadiyyatda yumşaq enişin mümkün olduğuna inandığını, lakin buna zəmanət verməyin mümkün olmadığını qeyd edib.
Kuk, FED-in faiz artımı və balansa düzəlişlər kimi addımlarının həm məcmu tələbi məhdudlaşdıraraq, həm də uzunmüddətli inflyasiya gözləntilərini möhkəm şəkildə sabit saxlayaraq inflyasiyanın azalmasına töhfə verdiyini bildirib.
Klivlend FED sədri Loretta Mester də inflyasiyanın 2%-ə doğru getdiyinə dair daha çox təsdiqləyici faktın olması gərəkdiyini vurğulamış və ABŞ iqtisadiyyatı üçün resessiya proqnozlaşdırmadığını bildirmişdir.
Pul-kredit siyasətinə dair məsələnin faiz dərəcəsinin aşağı salınması ilə bağlı olmadığını deyən Mester, məsələnin nə qədər məhdudlaşdırıcı mövqedə qalacağından getdiyini vurğuladı.
Dollar indeksi (DXY) qarşısında güclü mövqelərini qorumaqda davam edən major valyutaların qiymətlərində üfüqi dalğalanma müşahidə olunur. Belə ki, EUR/USD məzənnəsi 1.0890 - 1.0830, GBPUSD məzənnəsi 1.2500 - 1.2380, USD/JPY məzənnəsi isə 151.00 - 150.00 aralığında üfüqi tendensiya sərgiləyir. Çərşənbə günü 1956$-a kimi geri çəkilən qızıl isə (XAUUSD) bu səviyyədən dəstək olaraq yenidən 1987$-a kimi bahalaşdı. “Buğalar” qiyməti 1970$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 2010$-a kimi davam edə bilər.
Bu gün isə Bakı vaxtı ilə saat 12:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də saat 14:00-da Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri major valyutaların, əsasən də EUR/USD və GBP/USD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər. Saat 17:30-da isə Amerikanın tikinti sektoruna dair statistik rəqəmlər dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 40 d. əvvəl
-
1 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 3 saat əvvəl
-
6 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
6 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb





















