Bölgələrdə yaşayan fiziki məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi başladı
“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən təşkil edilən və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş layihədir.
Zaqatalada start verilən bölgələrdə “Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən aparılır.
Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alacaq. Təlim iştirakçıları smartfon təmiri, dərzi və aşbazlıq kurslarında iştirak edəcək. Qeyd edək ki, bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə həm də rayon icra hakimiyyəti və Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.
“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlamış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilmişdi. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədlə, layihəyə “ASAN Könüllüləri” və “Uğur Akademiyası” da təşkilati dəstək göstərir. Təşkilatçılar “Təlim məktəbini” bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olur.
Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.
“Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























