Azərbaycan, Qazaxıstan və Özbəkistandan Avropaya "yaşıl" enerji ixracı layihəsi - BİRGƏ MÜƏSSİSƏ YARADILACAQ
Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki şərtlərin hazırlanması və daha sonra "yaşıl" enerjinin Avropaya ixracı üçün birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.
Marja xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Müvafiq razılaşma Azərbaycan, Özbəkistan və Qazaxıstanın energetika və iqtisadiyyat nazirlərinin Bakıda keçirilən görüşündə Orta Asiya ölkələrindən Azərbaycan ərazisindən keçməklə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi zamanı əldə olunub. Görüşün yekunları üzrə birgə kommünike imzalanıb, orada ölkələrin bərpa olunan enerji sahəsində potensialı və alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqları qeyd olunub”, - məlumatda deyilir.
İclas iştirakçıları həmçinin bərpa olunan enerji mənbələrinə diqqət yetirməklə enerji mübadiləsi sahəsində əməkdaşlıq üçün texniki tapşırıqların hazırlanması, həmçinin yaşıl hidrogen, yaşıl ammonyakın inkişafı və ixracı ilə bağlı birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər.
"İşlənib hazırlanmış və təsdiq edilmiş texniki şərtlərə əsasən, ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tender elan ediləcək. İştirakçılar həmçinin layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini öyrənmək barədə razılığa gəliblər", - Qazaxıstanın Energetika Nazirliyi qeyd edib.
Üç ölkənin iqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüş Özbəkistanın paytaxtında keçiriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























