Azərbaycan şirkəti dünyanın ən böyük gəmiçilik şirkətlərilə əməkdaşlığa başlayır
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” dünyanın ən böyük gəmiçilik şirkətləri olan Maersk və Cosco ilə yeni layihələrə başlayır.
Marja.az şirkətə istinadən xəbər verir ki, bu layihələr çərçivəsində dəniz xətləri və dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.
Maersk və ADY Konteyner şirkətlərinin birgə səyi ilə ilk olaraq yüklərin konteynerlərlə İspaniyadan Qazaxıstanın Aktau limanına çatdırılması həyata keçiriləcək. Belə ki, balıq yemi ilə yüklənmiş konteynerlər Maersk tərəfindən gəmi ilə Gürcüstanın Poti limanına gətiriləcək. Burada konteynerlər platformalara yüklənərək “ADY Konteyner”in operatorluğu ilə dəmir yolu vasitəsilə Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlər gəmi ilə Bakı limanından Aktau limanına aparılacaq.
Cosco şirkəti ilə əməkdaşlıq çərçivəsində Qazaxıstandan çıxan konteyner qatarı dəmiryolu ilə Yalama stansiyasından Azərbaycana daxil olacaq, buradan isə Gürcüstanın Poti limanına çatdırılacaq. Daha sonra metallurgiya sənayesi məhsulları ilə yüklənmiş konteynerlərin gəmilərlə İtaliyaya çatdırılması nəzərdə tutulur. Yükdaşımanın Azərbaycan və Gürcüstan ərazisi ilə operatoru “ADY Konteyner” şirkətidir.
Maersk və Cosco şirkətləri ilə əməkdaşlıq Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcminin artmasına və ölkəmizin ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb edilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























