Toyota satışlarında rekord
Aprel-sentyabr aylarını əhatə edən maliyyə yarımilində Toyota-nın qlobal satışları Afrika və Yaxın Şərqdəki satışların artması ilə rekord səviyyəyə yüksəlib. Şirkət birinci yarımildə qlobal istehsalını da artırıb.Toyota-nın qlobal satışları aprel-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 5,6 milyon ədəd olmaqla tarixi ən yüksək səviyyəyə çatıb.
Marja.az xəbər verir ki, Yaponiya şirkəti açıqlamasında maliyyə ilinin birinci yarısında qlobal istehsalının onun törəmə şirkətləri olan Daihatsu Motor Co və Hino Motors Ltd. daxil olmaqla 10 faiz artaraq 5,7 milyon ədədə çatdığını bildirib.
Toyota və Lexus markalı avtomobillərin satışları bütün bölgələr arasında ən yüksək artımı 22% ilə Afrikada, 17%-lə Yaxın Şərqdə, 9,4% ilə Şimali Amerikada və 7% ilə Avropada qeydə alınıb. Tayland və İndoneziya kimi yerlərdə iqtisadi yavaşlama səbəbindən şirkətin satışları Yaponiya istisna olmaqla Asiyanın bəzi bölgələrində nisbətən zəif olub.
İstehlakçıların elektrikli avtomobillərə üz tutması ilə Toyota-nın Çində satışları 1 faizdən az artıb. Yaponiyada yarımkeçiricilərin tədarükü ilə bağlı problemlərin aradan qaldırılması ilə əlaqədar şirkətin satışları 34 faiz artıb. Toyotanın elektrikli avtomobil satışları əvvəlki ilə nisbətən 38% artaraq 6 aylıq dövrdə 1,8 milyon ədədə çatıb.
Keçən həftə Yaponiyada keçirilən "Mobility Show"da ölkədə kifayət qədər enerji doldurma şəbəkəsi olmadığını bildirən Lexus-un rəhbəri Takashi Vatanabe, "Onların sayı hələ də məhduddur, lakin biz Lexus-a məxsus enerjidoldurma stansiyaları üçün də proqram üzərində işləyirik" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)





