AZAL zərərdən mənfəətə keçib - 1,2 MİLYARDDAN ÇOX GƏLİR
Biletlərinin baha olmasına görə tez-tez tənqid olunan "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-ci ili 110 milyon 620 min manat xalis mənfəət ilə başa vurub. Dövlət aviaşirkəti 2021-ci ili 67 milyon 547 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il AZAL zərərdən mənfəətə keçib. AZAL-ın xalis zərəri 2019-cu ili 78 milyon 770 min manat, 2020-ci ili isə 76 milyon 415 min manat təşkil etmişdi.
Marja.az xəbər verir ki, AZAL-ın daşımalar üzrə və digər gəlirləri 2021-ci ildə 491 milyon 750 min manat ikən, 2022-ci ildə 1 milyard 149 milyon 954 min manata yüksəlib (658 milyon 204 min manat və ya 2,3 dəfə artıb).
Həmçinin ötən il AZAL dövlətdən 108 milyon 809 min manat subsidiya alıb. Şirkət 2021-ci ildə dövlətdən 98 milyon 909 min manat subsidiya almışdı.
2022-ci ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 298 milyon 578 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 40 milyon 625 min manat, cəmi əməliyat mənfəəti 257 milyon 953 min manat olub.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq hərəkət məhdudlaşdırıldığından AZAL-ın gəlirləri 2021-ci ildə azalmışdı. 2019-cu ildə şirkətin gəlirləri 1 milyard 8 milyon 459 min manata çatdıqdan sonra, 2020-ci ildə 335 milyon 236 min manata düşmüşdü.
31 dekabr 2022-ci il tarixində AZAL 2 milyard 241 milyon 231 min manat cəmi aktivlərə malik olub. Aviaşirkət 2021-ci ilin sonunda 1 milyard 968 milyon 305 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 51 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























