Avropa bankı Azərbaycanın nəhəng layihəsi üçün 197,1 milyon dollar kredit ayırdı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 meqavatlıq (MVt) külək elektrik stansiyasının tikintisini maliyyələşdirir. Bu (Xızı-Abşeron Külək Elektrik Layihəsi), Qafqazda regionunda ən böyük külək enerjisi layihəsi olacaq.
Marja.az xəbər verir ki, Səudiyyə Ərəbistanın ACWA Power şirlətinin Azərbaycanda törəmə şirkəti olan "ACWA Power Azerbaijan Renewable Energy"yə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit ayırılıb. Vəsait AYİB və OPEC-in Beynəlxalq İnkişaf Fondu (OPEC Fondu) tərəfindən birgə maliyyələşdiriləcək.
AYİB-in Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad deyib: “Biz Azərbaycanda enerji keçidi üçün bu əlamətdar layihəni maliyyələşdirməkdən qürur duyuruq. Keçən il biz uzunmüddətli tərəfdaşımız ACWA Power ilə regionda bərpa olunan enerji, yaşıl hidrogen və dəniz suyunun şirinləşdirilməsi layihələri üzrə anlaşma memorandumu imzalamışıq”.
ACWA Power-ın Baş İcraçı Direktoru Marko Arcelli deyib: “ACWA Power Azərbaycanın 2030-cu ilə qədər enerji tələbatının 30 faizini bərpa olunan mənbələr hesabına ödəmək məqsədinə nail olmaqda mühüm rol oynamağa həvəslidir. Biz AYİB və OPEC Fonduna maliyyələşdirməyə görə minnətdarıq".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























