"Ölkəmizdə kreditlə toy etmək avtomobil almaqdan asandır"
Ölkə avto-parkının cavanlaşması təkcə elektrik və hibrid avtomobillər hesabına yox, həm də daxili yanma müərriki ilə işləyən yeni nəqliyyat vasitələri hesabına mümkündür. Bunun reallaşması üçün ilk növbədə avto-kredit şərtlərində dəyişikliklər etmək lazımdır.
Marja xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) payız toplantısında müzakirələrin əsas mövzusu məhz avtomobil kreditləri oldub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib ki, 2023-cü ilin 9 ayında ölkəyə 67 min 453 minik avtomobili idxal olunmuşdur. Müşahidələr göstərir ki, hazırki templə ilin sonunda idxal olmuş avtomobillərinin sayı 2021-ci ilin səviyyəsinə, yəni 100 minə yaxınlaşa bilər. "Belə sürətlə artan avtoparkın tərkibini araşdırsaq, təəssüflə qeyd etməliyik ki, yeni avtomobillərin sayı bu kütlədən 10-15 faiz təşkil edir. Bunu hesablamaq çox asandır: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin 9 ayda idxal olunan minik avtomobillərin dəyəri 1 milyard 91 milyon dollar olub. Bu məbləği minik avtomobillərinin sayına bölsək görərik ki, onlardan hər birinin orta qiyməti 16 min dollardır. Tamamilə aydındır ki, müasir, təhlükəsiz, ekoloji avtomobil belə qiymətə ola bilməz".
Toplantıda çıxış edən AADA üzvləri qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həyata keçirilən "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilmiş hibrid avtomobillərin ƏDV-dən, elektromobillərin ƏDV və gömrük rüsumundan azad olunması, 10 ildən çox yaşı olan avtomobillərin idxalına qadağa kimi tədbirlər ölkə avtomobil parkının yenilənməsinə xidmət edir:
"Lakin hibrid və EV texnologiyaların bahalı olması səbəbindən bu avtomobillər hələ də əhalinin geniş kütlələri üçün əlçatan deyil. Ənənəvi yanacaqla işləyən müasir avtomobillərin sərfəli kredit şərtləri ilə satışı ölkəyə on minlərlərlə gətirilən və istismar üçün yararsız və təhlükəli avtomobillərə alternativ ola bilərdi. Təəssüf ki, bankların tətbiq etdiyi 40-50 faiz ilkin ödənişli avto-kredit sxemləri bu ümidləri alt-üst edir və nəticədə yollarımızda hərəkət edən avtomobillərin 80 faizindən çoxu 10, 20, 30 hətta 40 ilin köhnəlmiş texnologiyalarıdır. Qəribəsi odur ki, bu gün banklarımız əhaliyə zaminsiz 30 min, zaminlə 50 min manat istehlak kreditləri təklif edir, yəni kreditlə cehiz almaq, toy etmək avtomobil almaqdan asandır. Hərçənd, xüsusi ban nömrəsi daşıyan avtomobil ciddi uçotda olan əmlakdır, girov predmetidir və onu gizlətmək, qeyri qanuni satmaq, ölkədən çıxarmaq mümkünsüzdür".
Rəsmi avtomobil idxalçılarının toplantıda səsləndirdikləri rəyləri nəzərə alaraq, qərara alınıb ki, xüsusi işçi qrup yaradılsın və tapşırılsın ki, avto-kredit şərtlərinin yeni avtomobillərin satış həcmlərinə, büdcəyə ödənilən vergilərə, ölkə avtomobil parkının cavanlaşmasına, bank və sığorta sektorunun inkişafına, ümumi ekoloji duruma, yollarda hərəkətin təhlükəsizliyinə təsiri araşdırılsın, Azərbaycan Respublikasının Mərkəzi Bankına və müvafiq dövlət qurumlarına təkliflər paketi hazırlansın.
Daha sonra toplantıda ölkənin avtomobil parkının yenilənməsi istiqamətində növbəti tədbirlərin vacibliyi vurğulanıb. Qeyd edilib ki, avtomobil satışında lizinq alətindən geniş istifadə olunması üçün müvafiq normativ aktlarda dəyişiklər tətbiq edilməli, avtomobillərin üçüncü ölkələrə reeksportu imkanları reallaşmalı, ekologiya və təhlükəsizlik tələblərinə cavab verməyən avtomobillərin idxalına nəzarət gücləndirilməlidir. Bütün bu isitiqamətləri araşdırmaq və təkliflər hazırlamaq üçün müvafiq işçi qruplar yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
8 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
12 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
30 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)






.jpg)





