"Tesla" şirkətinin həmtəsisçisi Azərbaycanda baş tutacaq tədbirdə iştirak edəcək!
(®) “PAŞA Holding”in təşkilatçılığı ilə 30 noyabr və 1 dekabr tarixlərində baş tutacaq “InMerge İnnovasiya Sammiti” texnologiya, startap və bir çox biznes sahələri ilə maraqlanan şəxslər üçün əla fürsətdir! Çünki tədbir sözügedən sahələrdə uğur qazanmış spikerləri, həmçinin startapları və investorları bir araya toplamaq, onlarla fikir mübadiləsi aparmağı hədəfləyir. Başqa sözlə desək, sammit regionun innovativ ekosistemini zirvələrə daşımaq üçün xeyli addımlar atır.
Qeyd etdiyimiz kimi, dünyaca məşhur spikerlər “InMerge İnnovasiya Sammiti”ndə çıxış edəcək, sualları cavablandıracaq və ən əsası dəyərli təcrübələrini bölüşəcəklər.
Bəs bu spikerlər siyahısına kimlər daxildir?
Belə ki, tədbirdə “Tesla” şirkətinin həmtəsisçisi JB Straubel, “Apple”ın qurucu ortağı Steve Wozniak, “Shazam”ın qurucusu Chris Barton və dünyanın müxtəlif ölkələrindən rəhbər şəxslər iştirak edəcəklər.
İnnovasiya dedikdə ağıla gələn startaplar və investorlar da bu sammitdə fərqlənmək şansı əldə edəcəklər. Startap sahibi olan innovatorlar burada ideyalarını minlərlə insana təqdim edəcək, mükafalar qazanacaq, hətta investisiya əldə etmək şansına sahib olacaqlar. Artıq tədbirə Türkiyə, Gürcüstan və regionun bir neçə ölkəsindən startaplar qoşulub.
Hazırda “InMerge İnnovasiya Sammiti”nə biletlər 50 % endirimlə təqdim olunur. Daha çox məlumat əldə etmək və bilet almaq üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
44 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Ən çox oxunanlar
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib























