Azərbaycanda neft hasilatı 7,8 faiz azalıb
Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34,4 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.
Marja.az-ın Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən məlumatına görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 22,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 26,9 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,6 faiz artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,1 faiz azalaraq 50,2 milyard manat təşkil edib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artıb. Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma, 26,4 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 85,1 faiz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
1 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Ən çox oxunanlar
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib







.jpg)






.jpg)






