Milli Depozit Mərkəzinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 28 sentyabr 2023-cü il tarixli qərarı ilə MDM-in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Qərara əsasən, MDM-in İdarə Heyəti sədrinin müavini Rəna Aydın qızı İsgəndərova, İdarə Heyətinin üzvü isə Ramin Qələnfər oğlu Nurəhmədov təyin ediliblər.
Rəna Aydın qızı İsgəndərova 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakalavr təhsilini Birləmiş Krallığın City University London universitetində (CASS Business School) “bank işi və beynəlxalq maliyyə” ixtisası üzrə yüksək dərəcə ilə tamamlayan İsgəndərova eyni zamanda Böyük Britaniyanın “Bellerbys College”-ni yüksək dərəcə ilə bitirmişdir. Hal-hazırda isə beynəlxalq mühasiblər assosiasiyası olan ACCA (Chartered Certified Accountants Association) üzvlüyünə namizəddir. Bank sektorunda maliyyə məlumatlarının və proseslərin düzgünlüyünün, etibarlılığının və uyğunluğunun təmin edilməsində 7 ildən çox təcrübəyə malik olan Rəna İsgəndərova, əmək fəaliyyətinə 2015-ci ildə beynəlxalq məsləhət şirkəti olan " Deloitte & Touche "-da audit mütəxəssisi olaraq başlamış və 2017-ci ilə kimi bu şirkətdə müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildən etibarən isə kariyerasına beynəlxalq məsləhət şirkəti olan “Ernst & Young”-da baş mütəxəssis və sonrasında audit üzrə menecer vəzifələrində davam etmişdir.
Ramin Nurəhmədov 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2002-ci ildə “HRG-Azerbaijan” turizm şirkətində korporativ xidmətlərin göstərilməsi sahəsində başlamışdır. 2005-2016-cı illər ərzində Azərbayan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə, o cümlədən sektor müdiri vəzifəsində çalışmışdır. 1-ci dərəcə dövlət qulluqçusudur. Qiymətli kağızlar bazarı haqqında Qanunun hazırlanmasında, Avropa Şurasının “Twinning” və “TAIEX” layihələri çərçivəsində kapital bazarının inkişafı üzrə ölkə qanunvericiliyinin Avropa direktivlərinə uyğunlaşdırılması məqsədi ilə normativ aktların ekspertizasında və qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması, məlumatların açıqlanması üzrə normativ aktların hazırlanmasında fəal iştirak etmişdir. 2016–2021-ci illər ərzində “Azərpoçt” MMC-də 1 saylı poçt filialının rəis müavini, rəisi vəzifələrində çalışmışdır. 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsinin nəzdində “Şəbəkə” Xidmət Mərkəzinin formalaşmasında fəal iştirak etmişdir. 2021-ci ildən 2023-cü ilədək “AzFinance” İnvestisiya Şirkətində Kapital Bazarının İnkişafı Departamentinin rəhbəri kimi fəaliyyətini davam etdirmiş, qiymətli kağızlar sahəsində bir neçə layihələrdə iştirak etmişdir. 2023-cü ilin iyul ayından etibarən Milli Depozit Mərkəzində fəaliyyətə başlamış və İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 gün sonra
-
-
37 d. əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
44 d. əvvəl
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
-
59 d. əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
-
2 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
2 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Ən çox oxunanlar
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
























