İngiltərə Mərkəzi Bankından sürpriz qərar
İngiltərə Mərkəzi Bankı bazar gözləntilərinin əksinə olaraq faizini 5,25 faiz səviyyəsində saxlayıb.İngiltərə Mərkəzi Bankı (BOE ) inflyasiyanın aşağı düşməsi və tənəzzül qorxularının artması fonunda son 30 ildən çox müddət ərzində özünün ən aqressiv sərt pul siyasəti dövrünə fasilə verib.
Marja.az xəbər verir ki, BOE uçot dərəcəsini 5,25 faiz səviyyəsində dəyişməz saxlayıb.
Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsinin 5,50 faizə yüksələcəyi idi.
Pul Siyasəti Komitəsinin beş üzvü uçot dərəcəsinin dəyişməz qalmasına səs versə də, dörd üzv faiz dərəcələrinin 5,5 faizə qaldırılmasını istəyib. Səsvermə hüququna malik olan sədr Endryu Beyli faiz dərəcələrini sabit saxlamağa üstünlük verib.
Ölkədə faiz dərəcəsinin 0,1 faiz olduğu 2021-ci ilin dekabrından başlayan sərtləşdirmə dövründə uçot dərəcəsi ardıcıl 14 dəfə artırılıb.
Bununla belə, BOE bunun fasilədə olduğunu və 2 faizlik hədəfdən xeyli yuxarı olan inflyasiyanın gözlənildiyi kimi düşməyəcəyi təqdirdə müdaxilə edəcəyini bildirib. Bank istehlak inflyasiyasının 2025-ci ilin ikinci rübündə hədəfə çatacağını təxmin edir.
BOE yazılı açıqlamasında, "İnflyasiyanın son aylarda çox aşağı düşdüyünü və bunun davam edəcəyini düşünürük. Bu yaxşı xəbərdir. İnflyasiyanın normala dönməsinə əmin olmalıyıq. Bunun üçün lazımi qərarları qəbul etməyə davam edəcəyik”,- deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)






