“Megastore” və "Bizim market"də mikro və kiçik sahibkarların məhsullarının satışı təşkil olundu
İstehsal etdikləri qida və qeyri-qida məhsullarını güzəştli şərtlərlə iri ticarət şəbəkələrində satmaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək tədbirləri çərçivəsində daha 2 marketdə daimi satış yerləri yaradılıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, “Megastore” və "Bizim market" supermarketlər şəbəkələrində fəaliyyət göstərən satış yerlərində hazırda 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, un, ədviyyat, bal, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.
Bununla da dövlət dəstəyi çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində satışına dəstək üçün yaradılmış daimi satış yerlərinin sayı 8-ə çatıb. Hazırda bu satış yerlərində 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOB-ların məhsullarının iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək məqsədilə satış yerlərinin sayının artırılması istiqamətində ticarət şəbəkələri ilə danışıqlar davam etdirilir.
Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilir.
İstehsal etdikləri qida məhsullarını "Bravo" (3 daimi satış yeri), "Bolmart" (1 daimi satış yeri), "Bizim market" (2 daimi satış yeri), “Megastore” (1 daimi satış yeri) ticarət şəbəkələrində, qeyri-qida məhsullarını (suvenir, hədiyyə, zərgərlik məhsulları, bijuteriya, oyuncaq və s.) isə "Şərq bazarı" Ticarət Mərkəzində (1 daimi satış yeri) satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi və mövcud satış yerləri barədə ətraflı məlumat üçün: https://bit.ly/3OOjF5F
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
41 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı























