“Miles&Smiles PAŞA Bank” kartları üzrə yeniliklər
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” dünyanın bir çox ölkəsinə uçuşlar təşkil edən aviaşirkətlərdən biri olan “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq çərçivəsində təqdim etdiyi “Miles&Smiles” kartlarının imtiyazlarında və tariflərində bir sıra yeniliklər tətbiq edib.
Belə ki, “Miles&Smiles PAŞA Bank” kartları 2019-cu ildə ölkədə ilk dəfə olaraq dünyanın bir çox ölkəsinə uçuşlar təşkil edən “Türk Hava Yolları” aviaşirkəti ilə ko-brendinq məhsulu kimi müştərilərin istifadəsinə verilib. “PAŞA Bank” bu məhsul vasitəsilə ölkədə nağdsız ödənişlərin təşviqinə öz dəstəyini göstərib.
“Miles&Smiles PAŞA Bank” kart sahiblərinə bir sıra üstünlüklər və imtiyazlar təklif olunur. Bu kart vasitəsilə ticarət və xidmət obyektlərində ödənişlər həyata keçirərək mil qazanmaq, toplanan milləri “Türk Hava Yolları”nın və “Star Alliance” üzvlərinin bir çox uçuş istiqamətləri üzrə aviabiletə çevirmək mümkündür. Millər həm ölkədaxili, həm də ölkəxarici ödənişlərdən toplanır. Həmçinin müştəri bankın partnyor şəbəkəsində “Miles&Smiles PAŞA Bank” kartı ilə ödəniş zamanı əlavə millər də qazana bilir.
Son dəyişikliklərə əsasən müştərilər artıq yuxarıda sadalanan üstünlüklərlə yanaşı proqrama illik abunə haqqı ilə qoşulmaq imkanı əldə edəcəklər. Eyni zamanda, xarici valyutada nağd və nağdsız həyata keçirilən əməliyyatlar üzrə də dəyişiklik tətbiq edilir.
Beləliklə, 01.09.2023-cü il tarixindən etibarən “Miles&Smiles PAŞA Bank” kartları üzrə aşağıdakı dəyişikliklər qüvvəyə minib:
✓ Kartların xidmət müddəti 3 il təşkil edir. İstifadəyə verilməsi və yenilənməsi ödənişsiz şəkildə həyata keçirilir.
✓ Qeyd edilən proqrama illik abunə haqqını ödəməklə qoşulmaq mümkündür:
“Platinum” üzrə – illik abunə haqqı 40 AZN / 25 USD;
“Black” üzrə – illik abunə haqqı 90 AZN / 55 USD;
“Elite” üzrə – illik abunə haqqı 300 AZN / 175 USD.
✓ Millərin hesablanması isə aşağıdakı kimidir:
“Platinum” üzrə – 3 AZN-ə 1 mil;
“Black” üzrə –2 AZN-ə 1 mil;
“Elite” üzrə – 3 AZN-ə 2 mil.
✓ Toplanan millərin status millərinə çevrilməsi artıq mümkündür. Bu üstünlük 30.05.2023-cü il tarixindən sonra yığılmış millərə şamil olunacaq.
✓ Aviabilet əldə edən zaman vergiləri də artıq millər vasitəsilə ödəmək mümkün olacaq. Əminik ki, bu üstünlük istifadəçilərdə böyük maraq oyadacaq.
Bundan başqa, müştərilər hər kart növünə uyğun olaraq aşağıdakı üstünlüklərdən də faydalanmağa davam edə biləcəklər:
✓ Kartların onlayn sifarişi və ünvanadək pulsuz çatdırılması;
✓ “Lounge Key” biznes zallarına ödənişsiz giriş imkanı;
✓ Partnyorların 800-dən çox satış nöqtəsində əlavə millər qazanmaq imkanı;
✓ Səyahət sığortası;
✓ “Fast track” xidmətindən yararlanmaq imkanı;
✓ Çatbot konsyerj xidmətindən istifadə;
✓ Rouminq xidməti;
✓ “Acıbadem” xəstəxanalarında xüsusi imtiyazlar;
✓ Hava limanından pulsuz transfer xidməti;
✓ Müştərilərin ad gününə təqdim olunan ikiqat millər;
✓ Toplanan millərin “PAŞA Bank” mobil tətbiqi vasitəsilə asanlıqla izlənilməsi;
✓ Millərin “THY”nin mobil tətbiqindən rahatlıqla uçuş biletinə çevrilməsi;
✓ İstənilən zaman bilet əldə etmək və milləri 3 ilə istifadə etmək imkanı və s.
“Miles&Smiles PAŞA Bank” kartlarının bütün üstünlükləri və tarifləri haqqında daha ətraflı məlumat əldə etmək üçün buraya keçid edin: miles.pashabank.az
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
8 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 28 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.



















