ABB mobile-da daha bir vacib məhsul!
(®) ABB mobile tətbiqində daha bir məhsuldan faydalanmaq imkanı yaradılıb.
İndi tətbiq üzərindən “Atəşgah” Sığorta Şirkətinin Kasko sığortası məhsulunu da cəmi bir neçə toxunuşla əldə etmək mümkündür. Bu, unikal bir məhsuldur. ABB mobile ölkəmizdə kasko sığortasını təqdim edən ilk bank tətbiqidir. Müştərilər tətbiq üzərindən istənilən risklərə və parametrlərə uyğun kasko məhsulu seçə bilərlər.
Məlum olduğu kimi, Kasko sığorta avtomobil sahibləri üçün son dərəcə mühüm bir məhsuldur. Yol-nəqliyyat hadisəsi, atılmış, yaxud düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq və s. zamanı avtomobilə ziyan dəyərkən bu sığorta növü avtomobilə dəymiş zərərləri ödəyir. Zərərin ödənilməsi, müştərinin istəyinə əsasən ya avtomobilin təmir-bərpası, yaxud da müştərinin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Tətbiqdə «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da aktivdir. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 22 d. əvvəl
-
-
23 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
34 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb







.jpg)







.jpg)






