"Dünya qızılgül efir yağı istehsalının 200 kq-dan artıq hissəsi bizim şirkətin payına düşür"
"Ləcheq Farm and Distillery" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə fəaliyyətə başlamışdır. Ötən müddət ərzində 151 hektar ərazidə efir yağlarının istehsalı üçün nəzərdə tutulmuş Dəməşq qızılgülü, 33,5 hektar ərazidə lavanda və nanə plantasiyaları salınmışdır. Yaxın gələcəkdə qızılgül plantasiyalarımızın 200 hektara çatdırılması və fermerlərlə birgə əlavə 25 hektar plantasiyaların əkilməsi nəzərdə tutulur.
Müəssisədə efir yağı istehsalı üçün nəzərdə tutulan digər bitkilərin test olaraq əkini həyata keçirilir. Bitkilərin bioloji və iqtisadi dəyərləndirməsindən sonra daha böyük ərazilərdə əkini və onlardan efir yağlarının istehsalı həyata keçiriləcək.
MMC-nin direktoru Bəxtiyar Heraçiyev bildirdi ki, sahələrimiz tam olaraq damlama suvarma sistemi ilə suvarılır ki, bu da bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların eroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından daha qənaətlə istifadəsinə zamin yaradır.
Sahələrdə herbisidlərdən, pestisidlərdən, fungisidlərdən, inseksidlərdən və digər kimyəvi dərmanlardan və gübrələrdən qəti şəkildə istifadə olunmaması, zərərvericilərə və alaq otlarına qarşı mübarizənin yalnız bioloji üsullarla aparılması ətraf mühitin və ekologiyanın qorunması ilə yanaşı, bioloji təmiz məhsul istehsalına zəmin yaradır.
Müəssisədə bitkilərə xidmət sahəsində daimi olaraq 59 işçi daimi iş yeri ilə təmin olunmuşdur. Bundan əlavə, mövsümdə 60 nəfərdən 90 nəfərədək, qızılgül yığımı mövsümündə isə 1600-1700 nəfər aralığında işçi işə cəlb olunur.
Qeyd olunub ki, qızılgül yığımı prosesi may ayının ilk günlərində başlayır və 30-34 gün davam edir. Gül yığımı zamanı havanın hərarəti müsbət 25 dərəcədən üstün olarsa, qızılgüldən efirin uçmasına səbəb olur. Bu səbəbdən də yığım səhərin erkən saatlarında, 06:00-da başlanır və saat 11:30-da yekunlaşdırılır. Ancaq açılmış güllər yığılaraq istehsala təhvil verilir.
Bir hektar qızılgül plantasiyasının məhsuldarlığı ortalama 4 - 4.5 tondur.
"Yaxın gələcəkdə qızılgüldən Roseabsolyut, Rosekonkret və digər bitkilərdən ekstraktların istehsalı üçün avadanlığın alınması gözlənilir. Layihə araşdırma və dəyərləndirmə ərəfəsindədir.
Ümumilikdə mövcud olan istehsal avadanlıqları ilə yalnız müəssisədə yetişdirilən bitkilərdən deyil, təbiətdə bitən digər efir yağlı bitkilərdən də efir yağlarının hazırlanması mümkündür. Tərəfimizdən birillik yovşan, boymadərən, şam ağacı, kəklikotu, rozmarin, razyana, çobanyastığı və digər bitkilərdən test olaraq efir yağları istehsal edilərək beynəlxalq sərgilərdə nümayiş olunmuş və potensial müştərilərə təqdim edilmişdir.
Gələcək planlarımızda istehsalat sahəsinin daha da genişləndirilməsi və məhsul çeşidinin artırılması nəzərdə tutulur".
İstehsal zamanı yaranan istehsal tullantıları anbarlanaraq saxlanılır ki, təyin olunmuş müddət keçdikdən sonra həmin kütlə sahələrimizin bioloji gübrələnməsi üçün istifadə olunacaqdır.
Qeyd edilib ki, dünya üzrə ümumi illik qızılgül efir yağı istehsalı 4-5 ton civarındadır ki, bu həcmin də 200 kq-dan artıq hissəsi "Ləcheq Farm and Distillery" MMC olaraq bizim istehsal payımıza düşür. Hədəfimiz gələcəkdə qızılgül efir yağınınm istehsal həcmini 330-350 kiloqrama çatdırmaqdır.
"İstehsal etdiyimiz efir yağları ixrac potensiallı olmaqla parfümeriya, fraqrens, aromaterapiya və kosmetologiya sənayesində xammal üçün nəzərdə tutulan bir məhsuldur.
Müəssisəmizin istehsal etdiyi məhsullar Almaniyada, Bolqarıstanda, Yaponiyada, ABŞ-da, BƏƏ-də, Türkiyədə, İtaliyada və Fransada olmaqla, ümumilikdə 10 beynəlxalq parfüm və frangrens sənayesi sərgilərində sərgilənmişdir. Hər il bu sənayeyə aid olan nüfuzlu beynəlxalq sərgilərdə davamlı olaraq iştirakımız planlaşdırılır.
Məhsulları ixrac etdiyimiz şirkətlər əsasən Yaponiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, İngiltərə, Almaniya, Fransa, ABŞ, Litva və digər ölkələrdən olan şirkətlərdir".
© "Respublika".
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 saat sonra
-
58 d. əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu



















