Bakı Hava Limanı yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir
"Rəsmi taksilər şəffaf tariflər təqdim edirlər".Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə hava limanının ərazisində yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir. Lisenziyasız taksi xidmətlərindən istifadə qiymətlərin şişirdilməsi, aşağı xidmət keyfiyyəti, hətta dələduzluq və ya oğurluq kimi arzuolunmaz hallara gətirib çıxara bilər.
Marja.az xəbər verir ki, bu, Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, rəsmi taksilər isə lazımi təhlükəsizlik standartlarına əməl edir. Sürücülər peşəkar xidmət və şəffaf tariflər təqdim edirlər. Bu, səyahət edənlərə büdcələrini planlaşdırmağa və gözlənilməz xərclərdən qaçmağa imkan verir.
Rəsmi taksilər müvafiq tanınma və fərqləndirici nişan ilə seçilir ki, onları hava limanı terminallarının ətrafındakı nəqliyyat vasitələrində görmək mümkündür.
Xatırladılıb ki, Bakı hava limanında maksimum rahatlıq üçün əlavə şərait də yaradılıb:
- Sərnişinlər və ziyarətçilərin gəliş/gediş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi enmə zolaqı - “drop off” onların ixtiyarındadır;
- Hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir ki, bu isə sərnişinləri qarşılamaq və ya yola salmaq üçün rahatlığı təmin edir.
Qeyd edilib ki, hava limanının ərazisində taksi xidməti ilə bağlı şübhə və ya problem yaranarsa, ziyarətçilər dərhal təhlükəsizlik işçilərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















