Avropa bankının 1-ci vitse-prezidentinin Qafqaza səfəri başlayır - Azərbaycana da səfər edəcək
Yurgen Rigterink Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək.Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterink 4 sentyabr 2023-cü il tarixində Qafqaza bir həftəlik səfərə başlayır.
AYİB-daən Marja.az-a verilən məlumata görə, Ermənistandan başlayan səfər Gürcüstanda davam edəcək və Azərbaycanda yekunlaşacaq.
Birinci vitse-prezident Riqterink AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə hər bir ölkədə hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək. O, həmçinin AYİB-in Qafqaz üzrə sabiq regional direktoru Katarina Byorlin Hansen və bu vəzifəyə yeni təyin olunmuş Alkis Vryenios Drakinos arasında təhvil-təslimi qeyd edəcək.
Birinci vitse-prezident Azərbaycanda qida istehsalı sənayesində ixtisas potensialının gücləndirilməsi məqsədi ilə Dövlət Peşə Təhsili Agentliyi və “Avrora Qrup”un tərəfindən təşkil edilən texniki və peşə təhsili və təlimi üzrə dövlət-özəl tərəfdaşlığına həsr olunmuş mərasimində iştirak edəcək.
Səfərdən öncə cənab Riqterink bildirib: “Bu səfər, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq, regiondakı prioritetləri müzakirə etmək üçün hökumət nümayəndələri və işgüzar dairələrin üzvləri ilə görüşmək imkanıdır. Qafqaz Bank üçün mühüm regiondur və biz investisiyalarımız, məsləhət xidmətlərimiz və strateji tapşırıqlarımız vasitəsilə regionda dayanıqlı iqtisadi inkişafa davamlı dəstək prinsipimizə sadiqik”.
Qeyd edək ki, AYİB regionda həm özəl, həm də dövlət sektorunda 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 26 d. əvvəl
-
53 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib


















