Veysəloğlu Şirkətlər Qrupu Avropa keyfiyyətini əlçatan edir
“Rossmann” və “Pepco” brendləri AzərbaycandaVeysəloğlu Şirkətlər Qrupu (VŞQ) Azərbaycan istehlakçısını keyfiyyətli və mümkün münasib qiymətli məhsullarla təmin edir. Bu məqsədlə VŞQ Avropanın “Rossmann” və “Pepco” kimi aparıcı brendlərini ölkəmizə gətirib və Qrupa daxil olan “Araz” supermarketlər şəbəkəsində və müstəqil mağazalarda müştərilərə təqdim edir. “Araz” Avropadan gətirilən məhsulların keyfiyyəti ilə yanaşı onların ekoloji təhlükəsizliyinə də önəm verir, ətraf mühitə zərər dəyməməsi prinsiplərinə ciddi əməl edilir.
Alman brendi “Rossmann”
Almaniyanın 50 ildən çox tarixi olan “Rossmann” firması sağlamlıq və şəxsi qulluq məhsulları ilə məşhurdur. “Rossmann”ın “Araz” supermarketlər şəbəkəsinin daxilində 7 “shop-in shop” (supermarket daxilində) və 13 müstəqil mağazası fəaliyyət göstərir və bu mağazalarda 230-dan çox əməkdaş çalışır. “Rossmann” 29-dan çox özəl markaya və müxtəlif müştərilərin ehtiyaclarını ödəmək üçün 8000 məhsul çeşidinə malikdir. Mağazalarda kosmetika, şəxsi gigiyena, ev təsərrüfatı, körpələr üçün məhsullar və oyuncaqlar, ev heyvanları üçün məhsullar, dəriyə qulluq, kişilər üçün qulluq vasitələri və sağlam qida kateqoriyaları üzrə məhsullar müştərilərə təqdim edilir. “Rossmann”nın məşhur markaları sırasında “Isana” (saç və bədən baxımı məhsulları), “Alterra” (üzvi və təbii maddələr ehtiva edən təbii kosmetika), “Domol” (təmizləyici məhsullar və yuyucu vasitələr) və “Alouette”ni (kağız salfetlər və s.) qeyd etmək olar.
Polşa brendi “Pepco”
Supermarketlər şəbəkəsi tərəfindən Azərbaycan alıcısına təqdim edilən Polşa brendi “Pepco” məhsulları da ekoloji təmizliyi, yüksək keyfiyyəti və münasib qiymətləri ilə seçilir. Məhsullar, çeşidlər daim yenilənir və müasir trendlərə uyğunlaşdırılır. Bu isə müştərilərə yeni seçim imkanları yaradır və dəblə ayaqlaşmağa imkan verir. “Pepco” mağazalarında geyimlər, mətbəx əşyaları, ev tekstili, yumşaq taburetlər, mövsümi, əyləncə məhsulları, şamlar və s. müxtəlif kateqoriyadan olan məhsullar mövcuddur. Hazırda “Pepco” mağazalarında “Beloved”, “Bekkin” kimi tanınmış brendlərin məhsulları satılır. Hər ay 2000-ə yaxın yeni çeşid mağazalara çatdırılır.
“Araz” supermarketlər şəbəkəsində müştərilərə təqdim olunan digər Avropa brendlərinə məxsus məhsullar da keyfiyyəti və nüfuzuna görə öz ölkələrinin lideridir. Bu siyahıda Polşa, İtaliya, Latviya, Almaniya, Hollandiya, Danimarka kimi ölkələri qeyd etmək olar. Sözügedən ölkələrdən gətirilən kosmetika və qulluq vasitələri, spirtsiz içkilər, uzunmüddətli süd və süd məhsulları, quru qida və şirniyyatlar “Araz” müştərilərinin sevimli məhsullarına çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)







