FED ABŞ-da inflyasiyanın artması risklərini müəyyən edib
FED faiz dərəcəsini artırmağa davam etmək niyyətində olduğunu açıqlayıbÖlkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) ABŞ-da inflyasiyanın yüksəlməsi risklərini tənzimləyir və buna görə də baza faiz dərəcəsini artırmağa davam etməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bunu FED-in açıq bazar üzrə komitəsinin iyulun 25-26-da keçirilmiş iclasının yayılmış hesabatında bildirilir.
"İnflyasiya komitənin uzunmüddətli hədəfindən [2%-lik] hələ də xeyli yuxarıdır. Komitənin iştirakçılar pul siyasətinin daha da sərtləşdirilməsini tələb edə biləcək yüksək inflyasiyanın əhəmiyyətli risklərini görməkdə davam edirlər", - hesabatda deyilir.
FED hesab edir ki, mövcud şərtlər dəyişməzsə, o zaman uçot dərəcəsinin artırılması davam etdirilməli olacaq. İclas iştirakçılarının əksəriyyəti inflyasiya ilə mübarizənin hələ bitmədiyindən və əlavə tədbirlər tələb edə biləcəyindən narahatdır.
İclasda iştirak edənlər inflyasiyanın "qəbuledilməz dərəcədə yüksək" olması ilə razılaşsalar da, "inflyasiya təzyiqlərinin azala biləcəyinə dair bir sıra şərti əlamətləri" də qeyd etdilər. “Demək olar ki, bütün” komitə üzvləri, o cümlədən səsvermə hüququna malik olmayan üzvlər uçot dərəcəsinin artırılmasının tərəfdarı olublar. Bununla belə, bunun əleyhinə çıxış edənlər vurğulayıblar ki, komitə sentyabrda uçot dərəcəsini artırmaya və əvvəlki artımların ölkədəki iqtisadi şəraitə necə təsir etdiyini müşahidə edə bilər.
"İclas iştirakçıları ümumilikdə pul siyasətinin əvvəlki sərtləşdirilməsinin iqtisadiyyata kumulyativ təsiri ilə bağlı yüksək qeyri-müəyyənlik dərəcəsini qeyd ediblər", - sənəddə deyilir.
İyul ayı iclasında FED faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 5,25-5,5% aralığına çatdırıb. ABŞ-da istehlak qiymətləri iyulda illik müqayisədə 3,2% artıb, bir ay əvvəl bu rəqəm 3% olub. Beləliklə, ABŞ-da illik müqayisədə inflyasiya 2022-ci ilin iyun ayından bu yana ilk dəfə sürətlənib. O vaxtdan iyun ayınadək bu rəqəm azalmışdı. FED sədri Jerome Powell, iyul iclasından sonra keçirilən mətbuat konfransında, sentyabr ayında faizin artırılması ehtimalı olduğunu və 2023-cü ildə endirilməsi ehtimalını istisna edib.
O, həmçinin vurğulayıb ki, FED mütəxəssisləri milli iqtisadiyyatın vəziyyətinin yeni göstəricilərini nəzərə alaraq ABŞ-da daha mülayim resessiya proqnozlaşdırmırlar. Belə ki, çərşənbə günü dərc olunan protokola əsasən, ABŞ iqtisadiyyatının artımında yavaşlama və işsizlik nisbətində bir qədər artım gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat sonra
-
- 11 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir



















