Azərbaycanın yükdaşıma aviaşirkət Los Anceles Hava Limanına həftəlik marşrut açır
Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan "Silk Way West Airlines" hər il milyonlarla ton yük daşıyan, dünyanın ən böyük yük hava limanlarından biri olan Los Anceles Beynəlxalq Hava Limanına həftəlik marşrut açır.
Şirkətin yayadığı məlumatda bildirilir ki, Los-Ancelesin şəbəkəyə əlavə edilməsi şirkətin müştərilərinin artan ehtiyaclarını ödəyəcək və qlobal ticarəti dəstəkləyəcək. Aviaşirkət bu marşrut üzrə geniş çeşiddə xüsusi, tez xarab olan, böyük ölçülü və e-ticarət mallarını daşıyacaq.
Yeni marşrutla "Silk Way West Airlines" regionda öz təsirini genişləndirir və yeni strateji istiqamət açır. Qeyd edək ki, "Silk Way West Airlines" Çikaqo və Dallasa müntəzəm reyslərdən əlavə, bu ilin aprelində Hyustona uçuşlara başlayıb.
"Silk Way West Airlines" şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas qeyd edib: “Biz Los Anceles Beynəlxalq Hava Limanının marşrut şəbəkəmizə əlavə edilməsini elan etməkdən məmnunuq. Yeni marşrut ABŞ istiqamətləri üzrə daha qısa tranzit vaxtları təmin etməklə yanaşı, yükdaşıma həcmini artıracaq və Qərb Sahilindəki müştərilərimizə böyük fayda verəcək".
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
9 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
9 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























