KOBİA-nın sədri “Avrora Sənaye Parkı”nda olub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri “Avrora Sənaye Parkı”nda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
KOBİA-dan verilən məlumata görə, tanışlıq zamanı istehsal müəssisələrinin fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, distribütorluqla yanaşı, 2001-ci ildən istehsalla məşğul olan “Avrora Qrup”un “Avrora Sənaye Parkı”nda makaron, qənnadı, qazlı və qazsız içkilər, karbon dioksid və un fabrikləri fəaliyyət göstərir. Bu müəssisələrdə 50-dən çox çeşiddə məhsul istehsal olunur.
Şirkətin istehsal müəssisələrində 400-ə yaxın, ümumilikdə isə 3500-dən çox işçi çalışır.
“Avrora Qrup”un istehsal etdiyi məhsullar yerli bazarla yanaşı, müxtəlif ölkələrə də ixrac edilir. Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri sahibkarla şirkətin inkişaf ehtiyaclarına və ixrac imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






