Qarabağ Dirçəliş Fondunun ianələrdən topladığı vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə xidmət edib
Ötən ilin sonunadək Qarabağ Dirçəliş Fondunun ianələrdən topladığı vəsaitin böyük hissəsi dolayı yolla dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə xidmət edib.
2022-ci ilin sonuna olan məlumata görə, Qarabağ Dirçəliş Fondunun qiymətli kağızlara (Maliyyə Nazirliyinin istiqrazlarına) investisiyaları 664 milyon 894 min manat təşkil edib. Maliyyə Nazirliyinin istiqraz buraxılması yolu ilə vəsait cəlb etməsində əsas məqsəd dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsidir.
Marja.az Qarabağ Dirçəliş Fondunun maliyyə hesabatlarına xəbər verir ki, 2022 Fondun dövlət istiqrazlarına investisiyaları 347 milyon 253 min manat və ya 2,1 dəfə artıb. 2021-ci ilin sonunda Fondun dövlət istiqrazlarına investisiyaları 317 milyon 641 min manat təşkil etmişdi.
Qarabağ Dirçəliş Fondu bildirib ki, Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə 34 milyon 454 min manat əlavə gəlir əldə edib (2021-ci il ərzində Fond 9 milyon 199 min manat maliyyə gəliri əldə edib).
Ötən il Qarabağ Dirçəliş Fondunun Qarabağda bərpa işləri ilə əlaqədar layihə xərcləri 1 milyon 421 min manat təşkil edib. Ötən ilin sonunda Fondun 1 milyard 232 milyon manatdan çox kapitalı olub.
Xəbər verdiyimiz kimi, Qarabağ Dirçəliş Fondunun cəmi gəlirləri 2021-ci ildə 901 milyon 405 min manat ikən, 2022-ci ildə 348 milyon 974 min manata düşüb (552 milyon 431 min manat və ya 61,3% azalıb). Səbəb ianələrin 2,8 dəfə azalaraq 892 milyon 206 min manatdan 314 milyon 520 min mnata düşməsi ilə əlaqədardır.
Qarabağ Dirçəliş Fondu 2022-ci ili 342 milyon 816 min manat xalis mənfəət ilə başa vurub. Fond 2021-ci ili 888 milyon 343 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Fondun xalis mənfəəti 61,4% və ya 545 milyon 527 min manat azalıb.
Maliyyə Nazirliyi istiqrazları dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılır. 2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə yerli investorlardan 1 milyard 265 milyon 91 min manat cəlb edib. Böyük hissəsi faiz ödənişi qarşılığında cəlb edilmiş bu vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 538 milyon 203 min manat və ya 74% çoxdur. Ötən ilin 7 ayında Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 726 milyon 888 min manat cəlb etmişdi. 2023-cü ilin 1-ci yarısının yekununda dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşmüşdü.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
6 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM












.jpg)







.jpg)

